Müqəddəs Quran / Cüz / Cüz 3
Cüz 3
3:38

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ  ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً  ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ

hунəəликə дə'əə зəкəриййəə рōббəh, ќōōлə рōбби həб лии миль-лəдуŋŋкə з̃урриййəтəн тōййибəh, иннəкə сəмии'уд-ду'əə

Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: «Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən, Sən, duanı eşidənsən».

3:39

فَنَادَتْهُ ٱلْمَلَٰٓئِكَةُ وَهُوَ قَآئِمٌ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ

фəнəəдəтhуль-мəлəə`икəту вəhувə ќōō`имуй-йусōллии фииль-миhрōōби əннəл-лаhə йубəшширукə бийəhйəə мусōддиќōмм-бикəлимəтимм-минəл-лаhи вəсəййидəу-вəhəсуурōу-вəнəбиййəмм-минəс-сōōлиhиин

Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir».

3:40

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌ  ۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ

ќōōлə рōбби əннəə йəкууну лии ґулəəмуу-вəќōд бəлəґōнийəль-кибəру вəəмрō`əтии 'əəќир, ќōōлə кəз̃əəликəл-лаhу йəф'əлю мəə йəшəə

(Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir».

3:41

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً  ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا  ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ

ќōōлə рōбби-дж'əл-лии əəйəh, ќōōлə əəйəтукə əльлəə тукəллимəн-нəəсə c̃əлəəc̃əтə əййəəмин ильлəə рōмзə, вəəз̃кур-рōббəкə кəc̃иирōу-вəсəббиh би-ль-'əшиййи вəəль`ибкəəр

Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir». Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»

3:42

وَإِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَٰلَمِينَ

вə`из̃ ќōōлəтиль-мəлəə`икəту йəə мəрйəму иннəл-лаhə-стōфəəки вəтōhhəрōки вəəстōфəəки 'əлəə нисəə`иль-'əəлəмиин

Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.

3:43

يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ

йəə мəрйəму-ќнутии лирōббики вəəсджудии вəəркə'ии мə'əр-рōōки'иин

«Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).

3:44

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ  ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

з̃əəликə мин əмм-бəə`иль-ґōйби нууhииhи илəйк, вəмəə куŋŋтə лəдəйhим из̃ йульќуунə əќлəəмəhум əййуhум йəкфулю мəрйəмə вəмəə куŋŋтə лəдəйhим из̃ йəхтəсымуун

Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.

3:45

إِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ

из̃ ќōōлəтиль-мəлəə`икəту йəə мəрйəму иннəл-лаhə йубəшшируки бикəлимəтимм-минhу-смуhуль-мəсииhу 'иисəə-бну мəрйəмə вəджииhəн фиид-дунйəə вəəль`əəхырōти вəминəль-муќōррōбиин

(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».