Müqəddəs Quran / Cüz / Cüz 4
Cüz 4
4:1

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَآءً  ۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ  ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

йəə əййуhəəн-нəəсу-ттəќуу рōббəкумуль-лəз̃ии хōлəќōкум-мин-нəфсиу-вəəhидəтиу-вəхōлəќō минhəə зəуджəhəə вəбəc̃c̃ə минhумəə риджəəлəн кəc̃иирōу-вəнисəə`əн вəəттəќуул-лаhəль-лəз̃ии тəсəə`əлююнə биhи вəəль`əрhəəмə иннəл-лаhə кəəнə 'əлэйкум рōќиибə

Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.

4:2

وَءَاتُواْ ٱلْيَتَٰمَىٰٓ أَمْوَٰلَهُمْ  ۖ وَلَا تَتَبَدَّلُواْ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ  ۖ وَلَا تَأْكُلُوٓاْ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ  ۚ إِنَّهُۥ كَانَ حُوبًا كَبِيرًا

вə`əəтууль-йəтəəмəə əмвəəлəhум, вəлəə тəтəбəддəлююль-хōбииc̃ə бит-тōййиб, вəлəə тə`кулюю əмвəəлəhум илəə əмвəəликум, иннəhу кəəнə hуубəн кəбиирō

Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən, bu, böyük günahdır.

4:3

وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُواْ فِى ٱلْيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ  ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُواْ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ  ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُواْ

вə`ин хыфтум əльлəə туќситуу фииль-йəтəəмəə фəəŋŋкиhуу мəə тōōбə лəкум-минəн-нисəə`и мəc̃нəə вəc̃улəəc̃ə вəрубəə', фə`ин хыфтум əльлəə тə'дилюю фəвəəhидəтəн əу мəə мəлəкəт əймəəнукум, з̃əəликə əднəə əльлəə тə'уулюу

Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.

4:4

وَءَاتُواْ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحْلَةً  ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَىْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيٓـًٔا مَّرِيٓـًٔا

вə`əəтуун-нисəə`ə сōдуќōōтиhиннə ниhлəh, фə`иŋŋ-тыбнə лəкум 'əŋŋ-шэй`имм-минhу нəфсəн фəкулююhу həнии`əмм-мəрии`ə

Və qadınların mehrlərini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.

4:5

وَلَا تُؤْتُواْ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَٰمًا وَٱرْزُقُوهُمْ فِيهَا وَٱكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلًا مَّعْرُوفًا

вəлəə ту`туус-суфəhəə`ə əмвəəлəкумуль-лəтии джə'əлəл-лаhу лəкум ќийəəмəу-вəəрзуќууhум фииhəə вəəксууhум вəќуулюю лəhум ќōулəмм-мə'рууфə

Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla layiqli bir tərzdə danışın.

4:6

وَٱبْتَلُواْ ٱلْيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًا فَٱدْفَعُوٓاْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ  ۖ وَلَا تَأْكُلُوهَآ إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ  ۚ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ  ۖ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِٱلْمَعْرُوفِ  ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ  ۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًا

вəəбтəлююль-йəтəəмəə həттəə из̃əə бəлəґуун-никəəhə фə`ин əəнəстум-минhум рушдəн фəəдфə'уу илəйhим əмвəəлəhум, вəлəə тə`кулююhəə исрōōфəу-вəбидəəрōн əй-йəкбəруу, вəмəŋŋ-кəəнə ґōниййəн фəльйəстə'фиф, вəмəŋŋ-кəəнə фəќиирōн фəльйə`куль би-ль-мə'рууф, фə`из̃əə дəфə'тум илəйhим əмвəəлəhум фə`əшhидуу 'əлэйhим, вəкəфəə биль-лəhи həсиибə

Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.