Müqəddəs Quran / Cüz / Cüz 4
Cüz 4
3:195

فَٱسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّى لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ  ۖ بَعْضُكُم مِّنۢ بَعْضٍ  ۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخْرِجُواْ مِن دِيَٰرِهِمْ وَأُوذُواْ فِى سَبِيلِى وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ثَوَابًا مِّنْ عِندِ ٱللَّهِ  ۗ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلثَّوَابِ

фəəстəджəəбə лəhум рōббуhум əннии лəə удыы'у 'əмəлə 'əəмилимм-миŋŋкум-миŋŋ-з̃əкəрин əу уŋŋc̃əə, бə'дукум-мимм-бə'д, фəəльлəз̃иинə həəджəруу вə`ухриджуу миŋŋ-дийəəриhим вə`ууз̃уу фии сəбиилии вəќōōтəлюю вəќутилюю лə`укəффирōннə 'əнhум сəййи`əəтиhим вəлə`удхылəннəhум джəннəəтин тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəру c̃əвəəбəмм-мин 'иŋŋдиль-лəh, вəл-лаhу 'иŋŋдəhу hуснуc̃-c̃əвəəб

Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən, Mən sizlərdən heç bir əməl sahibinin – istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız – əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır».

3:196

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُواْ فِى ٱلْبِلَٰدِ

лəə йəґуррōннəкə тəќōллюбуль-лəз̃иинə кəфəруу фииль-билəəд

Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!

3:197

مَتَٰعٌ قَلِيلٌ ثُمَّ مَأْوَىٰهُمْ جَهَنَّمُ  ۚ وَبِئْسَ ٱلْمِهَادُ

мəтəə'ун ќōлиилюн c̃уммə мə`вəəhум джəhəннəм, вəби`сəль-миhəəд

(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.

3:198

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ جَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلًا مِّنْ عِندِ ٱللَّهِ  ۗ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ لِّلْأَبْرَارِ

лəəкиниль-лəз̃иинə-ттəќōу рōббəhум лəhум джəннəəтун тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəру хōōлидиинə фииhəə нузулəмм-мин 'иŋŋдиль-лəh, вəмəə 'иŋŋдəл-лаhи хōйрул-ли-ль-əбрōōр

Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.

3:199

وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا  ۗ أُوْلَٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ  ۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

вə`иннə мин əhлиль-китəəби лəмəй-йу`мину биль-лəhи вəмəə уŋŋзилə илəйкум вəмəə уŋŋзилə илəйhим хōōши'иинə лильлəhи лəə йəштəруунə би`əəйəəтиль-лəhи c̃əмəнəн ќōлиилə, уулəə`икə лəhум əджруhум 'иŋŋдə рōббиhим, иннəл-лаhə сəрии'уль-hисəəб

Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qurana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).

3:200

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу-сбируу вəсōōбируу вəрōōбитуу вəəттəќуул-лаhə лə'əльлəкум туфлиhуун

Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.