فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ وَكُفْرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتْلِهِمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌۢ ۚ بَلْ طَبَعَ ٱللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
фəбимəə нəќдыhим-мииc̃əəќōhум вəкуфриhимм-би`əəйəəтиль-лəhи вəќōтлиhимуль-əмм-бийəə`ə биґōйри həќќиу-вəќōулиhим ќулююбунəə ґульф, бəль тōбə'əл-лаhу 'əлэйhəə бикуфриhим фəлəə йу`минуунə ильлəə ќōлиилə
Beləliklə, (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.
وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَٰنًا عَظِيمًا
вəбикуфриhим вəќōулиhим 'əлəə мəрйəмə буhтəəнəн 'əз̃ыымə
Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq;
وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُواْ فِيهِ لَفِى شَكٍّ مِّنْهُ ۚ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًۢا
вəќōулиhим иннəə ќōтəльнəəль-мəсииhə 'иисəə-бнə мəрйəмə рōсуулəл-лаhи вəмəə ќōтəлююhу вəмəə сōлəбууhу вəлəəкиŋŋ-шуббиhə лəhум, вə`иннəль-лəз̃иинə-хтəлəфуу фииhи лəфии шəккимм-минh, мəə лəhумм-биhи мин 'ильмин ильлəə-ттибəə'əз̃-з̃ōнн, вəмəə ќōтəлююhу йəќиинə
və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən, onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən, öldürməyiblər,
بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيْهِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا
бəр-рōфə'əhул-лаhу илəйh, вəкəəнəл-лаhу 'əзиизəн həкиимə
əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.
وَإِن مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِۦ قَبْلَ مَوْتِهِۦ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
вə`имм-мин əhлиль-китəəби ильлəə лəйу`минəннə биhи ќōблə мəутиh, вəйəумəль-ќийəəмəти йəкууну 'əлэйhим шəhиидə
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyiri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.
فَبِظُلْمٍ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَٰتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًا
фəбиз̃ульмимм-минəль-лəз̃иинə həəдуу həррōмнəə 'əлэйhим тōййибəəтин уhильлəт лəhум вəбисōддиhим 'əŋŋ-сəбиилиль-лəhи кəc̃иирō
Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.
وَأَخْذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدْ نُهُواْ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا
вə`əхз̃иhимур-рибəə вəќōд нуhуу 'əнhу вə`əклиhим əмвəəлəн-нəəси би-ль-бəəтыль, вə`ə'тəднəə ли-ль-кəəфириинə минhум 'əз̃əəбəн əлиимə
Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq.
لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ مِنْهُمْ وَٱلْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ ۚ وَٱلْمُقِيمِينَ ٱلصَّلَوٰةَ ۚ وَٱلْمُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلْمُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أُوْلَٰٓئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا
лəəкинир-рōōсихуунə фииль-'ильми минhум вəəльму`минуунə йу`минуунə бимəə уŋŋзилə илəйкə вəмəə уŋŋзилə миŋŋ-ќōблик, вəəльмуќиимиинəс-сōлəəh, вəəльму`туунəз-зəкəəтə вəəльму`минуунə биль-лəhи вəəльйəумиль-əəхыри уулəə`икə сəну`тииhим əджрōн 'əз̃ыымə
Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə – onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.