فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُواْ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
фəќуты'ə дəəбируль-ќōумиль-лəз̃иинə з̃ōлəмуу, вəəльhəмду лильлəhи рōббиль-'əəлəмиин
Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.
قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْءَايَٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ
ќуль əрō`əйтум ин əхōз̃əл-лаhу сəм'əкум вə`əбсōōрōкум вəхōтəмə 'əлəə ќулююбикум-мəн илəəhун ґōйрул-лаhи йə`тиикумм-биh, уŋŋз̃ур кəйфə нусōррифуль-əəйəəти c̃уммə hум йəсдифуун
De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.
قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّٰلِمُونَ
ќуль əрō`əйтəкум ин əтəəкум 'əз̃əəбул-лаhи бəґтəтəн əу джəhрōтəн həль йуhлəку ильлəəль-ќōумуз̃-з̃ōōлимуун
De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
вəмəə нурсилюль-мурсəлиинə ильлəə мубəшшириинə вəмуŋŋз̃ириин, фəмəн əəмəнə вə`əслəhə фəлəə хōуфун 'əлэйhим вəлəə hум йəhзəнуун
Biz Öz peyğəmbərlərimizi yalnız mücdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُواْ يَفْسُقُونَ
вəəльлəз̃иинə кəз̃з̃əбуу би`əəйəəтинəə йəмəссуhумуль-'əз̃əəбу бимəə кəəнуу йəфсуќуун
Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.
قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ
ќуль-лəə əќуулю лəкум 'иŋŋдии хōзəə`инул-лаhи вəлəə ə'лəмуль-ґōйбə вəлəə əќуулю лəкум иннии мəлəк, ин əттəби'у ильлəə мəə йууhəə илəйй, ќуль həль йəстəвииль-ə'мəə вəəльбəсыыр, əфəлəə тəтəфəккəруун
De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)». De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»
وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓاْ إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّ وَلَا شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ
вə`əŋŋз̃ир биhиль-лəз̃иинə йəхōōфуунə əй-йуhшəруу илəə рōббиhим лэйсə лəhум-миŋŋ-дууниhи вəлиййуу-вəлəə шəфии'уль-лə'əльлəhум йəттəќуун
Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.
وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّٰلِمِينَ
вəлəə тəтрудиль-лəз̃иинə йəд'уунə рōббəhумм-би-ль-ґōдəəти вəəль'əшиййи йуриидуунə вəджhəh, мəə 'əлэйкə мин hисəəбиhим-миŋŋ-шэй`иу-вəмəə мин hисəəбикə 'əлэйhим-миŋŋ-шэй`ин фəтəтрудəhум фəтəкуунə минəз̃-з̃ōōлимиин
Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.