İsra (Gecə səyahəti)
17:91

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ ٱلْأَنْهَٰرَ خِلَٰلَهَا تَفْجِيرًا

əу тəкуунə лəкə джəннəтумм-мин-нəхыылиу-вə'инəбин фəтуфəджджирōль-əнhəəрō хылəəлəhəə тəфджиирō

«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».

17:92

أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ قَبِيلًا

əу тусќитōс-сəмəə`ə кəмəə зə'əмтə 'əлэйнəə кисəфəн əу тə`тийə биль-лəhи вəəльмəлəə`икəти ќōбиилə

«Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».

17:93

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَٰبًا نَّقْرَؤُهُۥ  ۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا

əу йəкуунə лəкə бэйтумм-миŋŋ-зухруфин əу тəрќōō фиис-сəмəə`и вəлəн-ну`минə лируќиййикə həттəə тунəззилə 'əлэйнəə китəəбəн-ннəќрō`уh, ќуль субhəəнə рōббии həль куŋŋту ильлəə бəшəрōр-рōсуулə

«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).

17:94

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓاْ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولًا

вəмəə мəнə'əн-нəəсə əй-йу`минуу из̃ джəə`əhумуль-hудəə ильлəə əŋŋ-ќōōлюю əбə'əc̃əл-лаhу бəшəрōр-рōсуулə

İnsanlara hidayət (Peyğəmbərin və Quranın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)

17:95

قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَٰٓئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًا رَّسُولًا

ќуль-лəу кəəнə фииль-əрды мəлəə`икəтуй-йəмшуунə мутмə`инниинə лəнəззəльнəə 'əлэйhим-минəс-сəмəə`и мəлəкəр-рōсуулə

De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).

17:96

قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ  ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

ќуль кəфəə биль-лəhи шəhиидəмм-бэйнии вəбэйнəкум, иннəhу кəəнə би'ибəəдиhи хōбиирōмм-бəсыырō

(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz, O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir».

17:97

وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ  ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ  ۖ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا  ۖ مَّأْوَىٰهُمْ جَهَنَّمُ  ۖ كُلَّمَا خَبَتْ زِدْنَٰهُمْ سَعِيرًا

вəмəй-йəhдиль-лəhу фəhувəль-муhтəд, вəмəй-йудлиль фəлəŋŋ-тəджидə лəhум əулийəə`ə миŋŋ-дууниh, вəнəhшуруhум йəумəль-ќийəəмəти 'əлəə вуджууhиhим 'умйəу-вəбукмəу-вəсуммə, мə`вəəhум джəhəннəм, кульлəмəə хōбəт зиднəəhум сə'иирō

Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz zəlalətində boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.

17:98

ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمًا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

з̃əəликə джəзəə`уhумм-би`əннəhум кəфəруу би`əəйəəтинəə вəќōōлюю ə`из̃əə куннəə 'из̃ōōмəу-вəруфəəтəн ə`иннəə лəмəб'ууc̃уунə хōльќōн джəдиидə

Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.

17:99

 ۞ أَوَلَمْ يَرَوْاْ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورًا

əвəлəм йəрōу əннəл-лаhəль-лəз̃ии хōлəќōс-сəмəəвəəти вəəль`əрдō ќōōдирун 'əлəə əй-йəхлюќō миc̃лəhум вəджə'əлə лəhум əджəлəль-лəə рōйбə фииhи фə`əбəəз̃-з̃ōōлимуунə ильлəə куфуурō

Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.

17:100

قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِ  ۚ وَكَانَ ٱلْإِنسَٰنُ قَتُورًا

ќуль-лəу əŋŋтум тəмликуунə хōзəə`инə рōhмəти рōббии из̃əль-лə`əмсəктум хōшйəтəль-иŋŋфəəќ, вəкəəнəль-иŋŋсəəну ќōтуурō

De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz». İnsan (zatı ehtiyac və yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir.