İsra (Gecə səyahəti)
17:61

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُواْ لِءَادَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا

вə`из̃ ќульнəə ли-ль-мəлəə`икəти-сджудуу ли`əəдəмə фəсəджəдуу ильлəə иблиисə ќōōлə ə`əсджуду лимəн хōлəќтə тыынə

Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.

17:62

قَالَ أَرَءَيْتَكَ هَٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلًا

ќōōлə əрō`əйтəкə həəз̃əəль-лəз̃ии кəррōмтə 'əлэййə лə`ин əххōртəни илəə йəумиль-ќийəəмəти лə`əhтəникəннə з̃урриййəтəhу ильлəə ќōлиилə

(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)».

17:63

قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءً مَّوْفُورًا

ќōōлə-з̃həб фəмəŋŋ-тəби'əкə минhум фə`иннə джəhəннəмə джəзəə`укум джəзəə`əмм-мəуфуурō

(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»

17:64

وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ وَعِدْهُمْ  ۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

вəəстəфзиз мəни-стəтō'тə минhумм-бисōутикə вə`əджлиб 'əлэйhимм-бихōйликə вəрōджиликə вəшəəрикhум фииль-əмвəəли вəəль`əулəəди вə'идhум, вəмəə йə'идуhумуш-шэйтōōну ильлəə ґуруурō

Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir».

17:65

إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌ  ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا

иннə 'ибəəдии лэйсə лəкə 'əлэйhим сультōōн, вəкəфəə бирōббикə вəкиилə

Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.

17:66

رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُواْ مِن فَضْلِهِۦٓ  ۚ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًا

рōббукумуль-лəз̃ии йузджии лəкумуль-фулькə фииль-бəhри литəбтəґуу миŋŋ-фəдлиh, иннəhу кəəнə бикум рōhиимə

Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşatmaqla) gəmiləri dənizdə sizin xeyirinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.

17:67

وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ  ۖ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ  ۚ وَكَانَ ٱلْإِنسَٰنُ كَفُورًا

вə`из̃əə мəссəкумуд-дурру фииль-бəhри дōльлə мəŋŋ-тəд'уунə ильлəə иййəəh, фəлəммəə нəджджəəкум илəəль-бəрри ə'рōдтум, вəкəəнəль-иŋŋсəəну кəфуурō

Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.

17:68

أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُواْ لَكُمْ وَكِيلًا

əфə`əмиŋŋтум əй-йəхсифə бикум джəəнибəль-бəрри əу йурсилə 'əлэйкум həəсыбəн c̃уммə лəə тəджидуу лəкум вəкиилə

Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.

17:69

أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُواْ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًا

əм əмиŋŋтум əй-йу'иидəкум фииhи тəəрōтəн ухрōō фəйурсилə 'əлэйкум ќōōсыфəмм-минəр-рииhи фəйуґриќōкумм-бимəə кəфəртум c̃уммə лəə тəджидуу лəкум 'əлэйнəə биhи тəбии'ə

Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!

17:70

 ۞ وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا

вəлəќōд кəррōмнəə бəнии əəдəмə вəhəмəльнəəhум фииль-бəрри вəəльбəhри вəрōзəќнəəhум-минəт-тōййибəəти вəфəддōльнəəhум 'əлəə кəc̃ииримм-миммəн хōлəќнəə тəфдыылə

Həqiqətən, Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.