Nəhl (Bal arısı)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

16:1

أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ  ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

əтəə əмрул-лаhи фəлəə тəстə'джилююhу субhəəнəhу вəтə'əəлəə 'əммəə йушрикуун

(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.

16:2

يُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ

йунəззилюль-мəлəə`икəтə бир-рууhи мин əмриhи 'əлəə мəй-йəшəə`у мин 'ибəəдиhи əн əŋŋз̃ируу əннəhу лəə илəəhə ильлəə əнəə фəəттəќуун

Mələkləri Öz əmri ilə ruhla (vəhy və Quranla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»

16:3

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ  ۚ تَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

хōлəќōс-сəмəəвəəти вəəль`əрдō би-ль-həќќ, тə'əəлəə 'əммəə йушрикуун

Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.

16:4

خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

хōлəќōль-иŋŋсəəнə мин-нутфəтин фə`из̃əə hувə хōсыымумм-мубиин

İnsanı (onun ilk ata-anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).

16:5

وَٱلْأَنْعَٰمَ خَلَقَهَا  ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ

вəəль`əн'əəмə хōлəќōhəə, лəкум фииhəə диф`уу-вəмəнəəфи'у вəминhəə тə`кулююн

Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.

16:6

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

вəлəкум фииhəə джəмəəлюн hиинə турииhуунə вəhиинə тəсрōhуун

Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.

16:7

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ  ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

вəтəhмилю əc̃ќōōлəкум илəə бəлəдиль-лəм тəкуунуу бəəлиґииhи ильлəə бишиќќиль-əŋŋфус, иннə рōббəкум лəрō`ууфур-рōhиим

Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz çox şəfqətli və mehribandır.

16:8

وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً  ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

вəəльхōйлə вəəльбиґōōлə вəəльhəмиирō литəркəбууhəə вəзиинəh, вəйəхлюќу мəə лəə тə'лəмуун

Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.

16:9

وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌ  ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ

вə'əлəл-лаhи ќōсдус-сəбиили вəминhəə джəə`ир, вəлəу шəə`ə лəhəдəəкум əджмə'иин

Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).

16:10

هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً  ۖ لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

hувəль-лəз̃ии əŋŋзəлə минəс-сəмəə`и мəə`ə, лəкум-минhу шəрōōбуу-вəминhу шəджəрун фииhи тусиимуун

Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.