Fatir (Yaradan)
35:31

وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ مِنَ ٱلْكِتَٰبِ هُوَ ٱلْحَقُّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ  ۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرٌۢ بَصِيرٌ

вəəльлəз̃ии əуhəйнəə илəйкə минəль-китəəби hувəль-həќќу мусōддиќōл-лимəə бэйнə йəдəйh, иннəл-лаhə би'ибəəдиhи лəхōбиирумм-бəсыыр

(Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.

35:32

ثُمَّ أَوْرَثْنَا ٱلْكِتَٰبَ ٱلَّذِينَ ٱصْطَفَيْنَا مِنْ عِبَادِنَا  ۖ فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِۦ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌۢ بِٱلْخَيْرَٰتِ بِإِذْنِ ٱللَّهِ  ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ

c̃уммə əурōc̃нəəль-китəəбəль-лəз̃иинə-стōфəйнəə мин 'ибəəдинəə, фəминhум з̃ōōлимул-линəфсиhи вəминhум-муќтəсыдуу-вəминhум сəəбиќумм-би-ль-хōйрōōти би`из̃ниль-лəh, з̃əəликə hувəль-фəдлюль-кəбиир

Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Quranın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.

35:33

جَنَّٰتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا  ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

джəннəəту 'əдний-йəдхулююнəhəə йуhəльлəунə фииhəə мин əсəəвирō миŋŋ-з̃əhəбиу-вəлю`лю`ə, вəлибəəсуhум фииhəə həриир

Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.

35:34

وَقَالُواْ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَذْهَبَ عَنَّا ٱلْحَزَنَ  ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ

вəќōōлююль-həмду лильлəhиль-лəз̃ии əз̃həбə 'əннəəль-həзəн, иннə рōббəнəə лəґōфуурун шəкуур

Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».

35:35

ٱلَّذِىٓ أَحَلَّنَا دَارَ ٱلْمُقَامَةِ مِن فَضْلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ

əльлəз̃ии əhəльлəнəə дəəрōль-муќōōмəти миŋŋ-фəдлиhи лəə йəмəссунəə фииhəə нəсōбуу-вəлəə йəмəссунəə фииhəə люґууб

«Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər».

35:36

وَٱلَّذِينَ كَفَرُواْ لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا  ۚ كَذَٰلِكَ نَجْزِى كُلَّ كَفُورٍ

вəəльлəз̃иинə кəфəруу лəhум нəəру джəhəннəмə лəə йуќдōō 'əлэйhим фəйəмуутуу вəлəə йухōффəфу 'əнhум-мин 'əз̃əəбиhəə, кəз̃əəликə нəджзии кульлə кəфуур

Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.

35:37

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخْرِجْنَا نَعْمَلْ صَٰلِحًا غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ  ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُ  ۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ

вəhум йəстōрихуунə фииhəə рōббəнəə əхриджнəə нə'мəль сōōлиhəн ґōйрōль-лəз̃ии куннəə нə'мəль, əвəлəм ну'əммиркум-мəə йəтəз̃əккəру фииhи мəŋŋ-тəз̃əккəрō вəджəə`əкумун-нəз̃иир, фəз̃ууќуу фəмəə лиз̃-з̃ōōлимиинə мин-нəсыыр

Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz».

35:38

إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيْبِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

иннəл-лаhə 'əəлиму ґōйбис-сəмəəвəəти вəəль`əрд, иннəhу 'əлиимумм-биз̃əəтис-судуур

Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.

35:39

هُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ  ۚ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ  ۖ وَلَا يَزِيدُ ٱلْكَٰفِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًا  ۖ وَلَا يَزِيدُ ٱلْكَٰفِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا

hувəль-лəз̃ии джə'əлəкум хōлəə`ифə фииль-əрд, фəмəŋŋ-кəфəрō фə'əлэйhи куфруh, вəлəə йəзиидуль-кəəфириинə куфруhум 'иŋŋдə рōббиhим ильлəə мəќтə, вəлəə йəзиидуль-кəəфириинə куфруhум ильлəə хōсəəрō

Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başaqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.

35:40

قُلْ أَرَءَيْتُمْ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُواْ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِى ٱلسَّمَٰوَٰتِ أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِّنْهُ  ۚ بَلْ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا

ќуль əрō`əйтум шурōкəə`əкумуль-лəз̃иинə тəд'уунə миŋŋ-дууниль-лəhи əруунии мəəз̃əə хōлəќуу минəль-əрды əм лəhум ширкун фиис-сəмəəвəəти əм əəтəйнəəhум китəəбəн фəhум 'əлəə бэййинəтимм-минh, бəль ий-йə'идуз̃-з̃ōōлимуунə бə'дуhумм-бə'дōн ильлəə ґуруурō

(Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».