Müqəddəs Quran / Surələr / 36. Ya-Sin
Ya-Sin (Ya Sin)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

36:1

يسٓ

Йа, син.

Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)

36:2

وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ

вəəльќур`əəниль-həкиим

Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qurana and olsun ki,

36:3

إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ

иннəкə лəминəль-мурсəлиин

Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).

36:4

عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

'əлəə сырōōтымм-мустəќиим

(Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda).

36:5

تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ

тəŋŋзиилəль-'əзиизир-рōhиим

(Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Quranın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).

36:6

لِتُنذِرَ قَوْمًا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ

литуŋŋз̃ирō ќōумəмм-мəə уŋŋз̃ирō əəбəə`уhум фəhум ґōōфилююн

(Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata-babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.

36:7

لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ

лəќōд həќќōль-ќōулю 'əлəə əкc̃əриhим фəhум лəə йу`минуун

Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi-Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.

36:8

إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَٰقِهِمْ أَغْلَٰلًا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ

иннəə джə'əльнəə фии ə'нəəќиhим əґлəəлəн фəhийə илəəль-əз̃ќōōни фəhум-муќмəhуун

Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).

36:9

وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ

вəджə'əльнəə мимм-бэйни əйдииhим сəддəу-вəмин хōльфиhим сəддəн фə`əґшəйнəəhум фəhум лəə йубсыруун

Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).

36:10

وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

вəсəвəə`ун 'əлэйhим ə`əŋŋз̃əртəhум əм лəм туŋŋз̃ирhум лəə йу`минуун

Onlar üçün birdir: onları qorxutsan da, qorxutmasan da – iman gətirməyəcəklər.