Duxan (Tüstü)
44:31

مِن فِرْعَوْنَ  ۚ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ

миŋŋ-фир'əун, иннəhу кəəнə 'əəлийəмм-минəль-мусрифиин

Firondan (onun əlindən)! Həqiqətən, o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.

44:32

وَلَقَدِ ٱخْتَرْنَٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَٰلَمِينَ

вəлəќōди-хтəрнəəhум 'əлəə 'ильмин 'əлəəль-'əəлəмиин

Həqiqətən, Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.

44:33

وَءَاتَيْنَٰهُم مِّنَ ٱلْءَايَٰتِ مَا فِيهِ بَلَٰٓؤٌاْ مُّبِينٌ

вə`əəтəйнəəhум-минəль-əəйəəти мəə фииhи бəлəə`умм-мубиин

Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.

44:34

إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ

иннə həə`улəə`и лəйəќуулююн

Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:

44:35

إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ

ин hийə ильлəə мəутəтунəəль-уулəə вəмəə нəhну бимуŋŋшəриин

«Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.

44:36

فَأْتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَٰدِقِينَ

фə`туу би`əəбəə`инəə иŋŋ-куŋŋтум сōōдиќиин

Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin».

44:37

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ  ۚ أَهْلَكْنَٰهُمْ  ۖ إِنَّهُمْ كَانُواْ مُجْرِمِينَ

əhум хōйрун əм ќōуму туббə'иу-вəəльлəз̃иинə миŋŋ-ќōблиhим, əhлəкнəəhум, иннəhум кəəнуу муджримиин

(Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.

44:38

وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ

вəмəə хōлəќнəəс-сəмəəвəəти вəəль`əрдō вəмəə бэйнəhумəə лəə'ибиин

Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq.

44:39

مَا خَلَقْنَٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

мəə хōлəќнəəhумəə ильлəə би-ль-həќќи вəлəəкиннə əкc̃əрōhум лəə йə'лəмуун

Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir.

44:40

إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَٰتُهُمْ أَجْمَعِينَ

иннə йəумəль-фəсли мииќōōтуhум əджмə'иин

Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.