Nisa (Qadınlar)
4:121

أُوْلَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا

уулəə`икə мə`вəəhум джəhəннəму вəлəə йəджидуунə 'əнhəə мəhиисō

Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar.

4:122

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًا  ۖ وَعْدَ ٱللَّهِ حَقًّا  ۚ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ قِيلًا

вəəльлəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти сəнудхылюhум джəннəəтин тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəру хōōлидиинə фииhəə əбəдə, вə'дəл-лаhи həќќō, вəмəн əсдəќу минəл-лаhи ќиилə

İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!

4:123

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَآ أَمَانِىِّ أَهْلِ ٱلْكِتَٰبِ  ۗ مَن يَعْمَلْ سُوٓءًا يُجْزَ بِهِۦ وَلَا يَجِدْ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا

лэйсə би`əмəəниййикум вəлəə əмəəниййи əhлиль-китəəб, мəй-йə'мəль суу`əй-йуджзə биhи вəлəə йəджид лəhу миŋŋ-дууниль-лəhи вəлиййəу-вəлəə нəсыырō

(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.

4:124

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُوْلَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا

вəмəй-йə'мəль минəс-сōōлиhəəти миŋŋ-з̃əкəрин əу уŋŋc̃əə вəhувə му`минун фə`уулəə`икə йəдхулююнəль-джəннəтə вəлəə йуз̃лəмуунə нəќиирō

Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.

4:125

وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَٱتَّبَعَ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا  ۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبْرَٰهِيمَ خَلِيلًا

вəмəн əhсəну диинəмм-миммəн əслəмə вəджhəhу лильлəhи вəhувə муhсинуу-вəəттəбə'ə мильлəтə ибрōōhиимə həниифə, вəəттəхōз̃əл-лаhу ибрōōhиимə хōлиилə

Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.

4:126

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ  ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ مُّحِيطًا

вəлильлəhи мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вəкəəнəл-лаhу бикулли шэй`имм-муhиитō

(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.

4:127

وَيَسْتَفْتُونَكَ فِى ٱلنِّسَآءِ  ۖ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ فِى يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّٰتِى لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلْوِلْدَٰنِ وَأَن تَقُومُواْ لِلْيَتَٰمَىٰ بِٱلْقِسْطِ  ۚ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمًا

вəйəстəфтуунəкə фиин-нисəə, ќулиль-лəhу йуфтиикум фииhиннə вəмəə йутлəə 'əлэйкум фииль-китəəби фии йəтəəмəəн-нисəə`иль-лəəтии лəə ту`туунəhуннə мəə кутибə лəhуннə вəтəрґōбуунə əŋŋ-тəŋŋкиhууhуннə вəəльмустəд'əфиинə минəль-вильдəəни вə`əŋŋ-тəќуумуу ли-ль-йəтəəмəə би-ль-ќист, вəмəə тəф'əлюю мин хōйрин фə`иннəл-лаhə кəəнə биhи 'əлиимə

Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir)». Şübhəsiz, Allah gördüyünüz hər bir xeyir işi bilir.

4:128

وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا  ۚ وَٱلصُّلْحُ خَيْرٌ  ۗ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ  ۚ وَإِن تُحْسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

вə`ини-мрō`əтун хōōфəт мимм-бə'лиhəə нушуузəн əу и'рōōдōн фəлəə джунəəhə 'əлэйhимəə əй-йуслиhəə бэйнəhумəə сульhə, вəс-сульhу хōйр, вə`уhдырōтиль-əŋŋфусуш-шуhh, вə`иŋŋ-туhсинуу вəтəттəќуу фə`иннəл-лаhə кəəнə бимəə тə'мəлююнə хōбиирō

Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.

4:129

وَلَن تَسْتَطِيعُوٓاْ أَن تَعْدِلُواْ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ  ۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ  ۚ وَإِن تُصْلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

вəлəŋŋ-тəстəтыы'уу əŋŋ-тə'дилюю бэйнəн-нисəə`и вəлəу həрōстум, фəлəə тəмиилюю кульлəль-мəйли фəтəз̃əрууhəə кəəльму'əльлəќōh, вə`иŋŋ-туслиhуу вəтəттəќуу фə`иннəл-лаhə кəəнə ґōфуурōр-рōhиимə

Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah həmişə bağışlayan və mehribandır.

4:130

وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّا مِّن سَعَتِهِۦ  ۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًا

вə`ий-йəтəфəррōќōō йуґниль-лəhу кульлəмм-миŋŋ-сə'əтиh, вəкəəнəл-лаhу вəəси'əн həкиимə

Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.