إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًا كَرِيمًا
иŋŋ-тəджтəнибуу кəбəə`ирō мəə тунhəунə 'əнhу нукəффир 'əŋŋкум сəййи`əəтикум вəнудхылькум-мудхōлəн кəриимə
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür.)
وَلَا تَتَمَنَّوْاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا ٱكْتَسَبُواْ ۖ وَلِلنِّسَآءِ نَصِيبٌ مِّمَّا ٱكْتَسَبْنَ ۚ وَسْـَٔلُواْ ٱللَّهَ مِن فَضْلِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًا
вəлəə тəтəмəннəу мəə фəддōлəл-лаhу биhи бə'дōкум 'əлəə бə'д, лир-риджəəли нəсыыбумм-миммəə-ктəсəбуу, вəлин-нисəə`и нəсыыбумм-миммəə-ктəсəбн, вəəс`əлююл-лаhə миŋŋ-фəдлиh, иннəл-лаhə кəəнə бикулли шэй`ин 'əлиимə
Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şəri, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən, Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyirinə olanı verir).
وَلِكُلٍّ جَعَلْنَا مَوَٰلِىَ مِمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ ۚ وَٱلَّذِينَ عَقَدَتْ أَيْمَٰنُكُمْ فَـَٔاتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدًا
вəликуллин джə'əльнəə мəвəəлийə миммəə тəрōкəль-вəəлидəəни вəəль`əќрōбуун, вəəльлəз̃иинə 'əќōдəт əймəəнукум фə`əəтууhум нəсыыбəhум, иннəл-лаhə кəəнə 'əлəə кулли шэй`ин шəhиидə
Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd - peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.
ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَآ أَنفَقُواْ مِنْ أَمْوَٰلِهِمْ ۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
əрриджəəлю ќōувəəмуунə 'əлəəн-нисəə`и бимəə фəддōлəл-лаhу бə'дōhум 'əлəə бə'дыу-вəбимəə əŋŋфəќуу мин əмвəəлиhим, фəс-сōōлиhəəту ќōōнитəəтун həəфиз̃ōōтул-ли-ль-ґōйби бимəə həфиз̃ōл-лаh, вəль-лəəтии тəхōōфуунə нушуузəhуннə фə'из̃ууhуннə вəəhджурууhуннə фииль-мəдōōджи'и вəəдрибууhунн, фə`ин əтō'нəкум фəлəə тəбґуу 'əлэйhиннə сəбиилə, иннəл-лаhə кəəнə 'əлиййəн кəбиирō
Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyiri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən, Allah məqamı uca və böyükdür.
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِۦ وَحَكَمًا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَٰحًا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا
вə`ин хыфтум шиќōōќō бэйниhимəə фəəб'əc̃уу həкəмəмм-мин əhлиhи вəhəкəмəмм-мин əhлиhəə ий-йуриидəə ислəəhəй-йувəффиќиль-лəhу бэйнəhумəə, иннəл-лаhə кəəнə 'əлиимəн хōбиирō
Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən, Allah bilən və xəbərdardır.
۞ وَٱعْبُدُواْ ٱللَّهَ وَلَا تُشْرِكُواْ بِهِۦ شَيْـًٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًا فَخُورًا
вəə'будуул-лаhə вəлəə тушрикуу биhи шэй`ə, вəби-ль-вəəлидəйни иhсəəнəу-вəбиз̃ииль-ќурбəə вəəльйəтəəмəə вəəльмəсəəкиини вəəльджəəри з̃ииль-ќурбəə вəəльджəəриль-джунуби вəс-сōōhиби би-ль-джəмм-би вəəбнис-сəбиили вəмəə мəлəкəт əймəəнукум, иннəл-лаhə лəə йуhиббу мəŋŋ-кəəнə мухтəəлəн фəхуурō
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən, Allah təkəbbürlü və lovğa şəxsi sevmir.
ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًا مُّهِينًا
əльлəз̃иинə йəбхōлююнə вəйə`муруунəн-нəəсə би-ль-бухли вəйəктумуунə мəə əəтəəhумул-лаhу миŋŋ-фəдлиh, вə`ə'тəднəə ли-ль-кəəфириинə 'əз̃əəбəмм-муhиинə
Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
وَٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ ۗ وَمَن يَكُنِ ٱلشَّيْطَٰنُ لَهُۥ قَرِينًا فَسَآءَ قَرِينًا
вəəльлəз̃иинə йуŋŋфиќуунə əмвəəлəhум ри`əə`əн-нəəси вəлəə йу`минуунə биль-лəhи вəлəə би-ль-йəумиль-əəхыр, вəмəй-йəкуниш-шэйтōōну лəhу ќōриинəн фəсəə`ə ќōриинə
Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi Şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir.
وَمَاذَا عَلَيْهِمْ لَوْ ءَامَنُواْ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ ٱللَّهُ ۚ وَكَانَ ٱللَّهُ بِهِمْ عَلِيمًا
вəмəəз̃əə 'əлэйhим лəу əəмəнуу биль-лəhи вəəльйəумиль-əəхыри вə`əŋŋфəќуу миммəə рōзəќōhумул-лаh, вəкəəнəл-лаhу биhим 'əлиимə
Əgər Allaha və axirət gününə iman gətirsəydilər və Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara nə ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir.
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِن تَكُ حَسَنَةً يُضَٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا
иннəл-лаhə лəə йəз̃лиму миc̃ќōōлə з̃əррōh, вə`иŋŋ-тəку həсəнəтəй-йудōō'ифhəə вəйу`ти миль-лəдунhу əджрōн 'əз̃ыымə
Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər.