Nisa (Qadınlar)
4:71

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ خُذُواْ حِذْرَكُمْ فَٱنفِرُواْ ثُبَاتٍ أَوِ ٱنفِرُواْ جَمِيعًا

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу хуз̃уу hиз̃рōкум фəəŋŋфируу c̃убəəтин əви-ŋŋфируу джəмии'ə

Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün.

4:72

وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَٰبَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ ٱللَّهُ عَلَىَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا

вə`иннə миŋŋкум лəмəль-лəйубəтты`əннə фə`ин əсōōбəткум-мусыыбəтун ќōōлə ќōд əн'əмəл-лаhу 'əлэййə из̃ лəм əкумм-мə'əhум шəhиидə

Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var.

4:73

وَلَئِنْ أَصَٰبَكُمْ فَضْلٌ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُنۢ بَيْنَكُمْ وَبَيْنَهُۥ مَوَدَّةٌ يَٰلَيْتَنِى كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا

вəлə`ин əсōōбəкум фəдлюмм-минəл-лаhи лəйəќуулəннə кə`əль-лəм тəкумм-бэйнəкум вəбэйнəhу мəвəддəтуй-йəə лэйтəнии куŋŋту мə'əhум фə`əфуузə фəузəн 'əз̃ыымə

Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»

4:74

 ۞ فَلْيُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْءَاخِرَةِ  ۚ وَمَن يُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا

фəльйуќōōтиль фии сəбиилиль-лəhиль-лəз̃иинə йəшруунəль-həйəəтəд-дунйəə би-ль-əəхырōh, вəмəй-йуќōōтиль фии сəбиилиль-лəhи фəйуќтəль əу йəґлиб фəсəуфə ну`тииhи əджрōн 'əз̃ыымə

Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik.

4:75

وَمَا لَكُمْ لَا تُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخْرِجْنَا مِنْ هَٰذِهِ ٱلْقَرْيَةِ ٱلظَّالِمِ أَهْلُهَا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا

вəмəə лəкум лəə туќōōтилююнə фии сəбиилиль-лəhи вəəльмустəд'əфиинə минəр-риджəəли вəн-нисəə`и вəəльвильдəəниль-лəз̃иинə йəќуулююнə рōббəнəə əхриджнəə мин həəз̃иhиль-ќōрйəтиз̃-з̃ōōлими əhлюhəə вəəдж'əль-лəнəə миль-лəдуŋŋкə вəлиййəу-вəəдж'əль-лəнəə миль-лəдуŋŋкə нəсыырō

Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) – həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!

4:76

ٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ  ۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱلطَّٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوْلِيَآءَ ٱلشَّيْطَٰنِ  ۖ إِنَّ كَيْدَ ٱلشَّيْطَٰنِ كَانَ ضَعِيفًا

əльлəз̃иинə əəмəнуу йуќōōтилююнə фии сəбиилиль-лəh, вəəльлəз̃иинə кəфəруу йуќōōтилююнə фии сəбиилит-тōōґуути фəќōōтилюю əулийəə`əш-шэйтōōн, иннə кəйдəш-шэйтōōни кəəнə дō'иифə

İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz, Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.

4:77

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓاْ أَيْدِيَكُمْ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةً  ۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ  ۗ قُلْ مَتَٰعُ ٱلدُّنْيَا قَلِيلٌ وَٱلْءَاخِرَةُ خَيْرٌ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا

əлəм тəрō илəəль-лəз̃иинə ќиилə лəhум куффуу əйдийəкум вə`əќиимуус-сōлəəтə вə`əəтууз-зəкəəтə фəлəммəə кутибə 'əлэйhимуль-ќитəəлю из̃əə фəрииќумм-минhум йəхшəунəн-нəəсə кəхōшйəтиль-лəhи əу əшəддə хōшйəh, вəќōōлюю рōббəнəə лимə кəтəбтə 'əлэйнəəль-ќитəəлə лəулəə əххōртəнəə илəə əджəлин ќōрииб, ќуль мəтəə'уд-дунйəə ќōлиилюу-вəəль`əəхырōту хōйрул-лимəни-ттəќōō вəлəə туз̃лəмуунə фəтиилə

Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir».

4:78

أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍ مُّشَيَّدَةٍ  ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ  ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَٰذِهِۦ مِنْ عِندِكَ  ۚ قُلْ كُلٌّ مِّنْ عِندِ ٱللَّهِ  ۖ فَمَالِ هَٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا

əйнəмəə тəкуунуу йудриккумуль-мəуту вəлəу куŋŋтум фии бурууджимм-мушəййəдəh, вə`иŋŋ-тусыбhум həсəнəтуй-йəќуулюю həəз̃иhи мин 'иŋŋдиль-лəh, вə`иŋŋ-тусыбhум сəййи`əтуй-йəќуулюю həəз̃иhи мин 'иŋŋдик, ќуль куллюмм-мин 'иŋŋдиль-лəh, фəмəəли həə`улəə`иль-ќōуми лəə йəкəəдуунə йəфќōhуунə həдииc̃ə

Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindədir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindədir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?

4:79

مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ ٱللَّهِ  ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ  ۚ وَأَرْسَلْنَٰكَ لِلنَّاسِ رَسُولًا  ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا

мəə əсōōбəкə мин həсəнəтин фəминəл-лаh, вəмəə əсōōбəкə миŋŋ-сəййи`əтин фəмин-нəфсик, вə`əрсəльнəəкə лин-нəəси рōсуулə, вəкəфəə биль-лəhи шəhиидə

(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.

4:80

مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ  ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًا

мəй-йуты'ир-рōсуулə фəќōд əтōō'əл-лаh, вəмəŋŋ-тəвəльлəə фəмəə əрсəльнəəкə 'əлэйhим həфииз̃ō

Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.