Ənam (Malqara)
6:151

 ۞ قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ  ۖ أَلَّا تُشْرِكُواْ بِهِۦ شَيْـًٔا  ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا  ۖ وَلَا تَقْتُلُوٓاْ أَوْلَٰدَكُم مِّنْ إِمْلَٰقٍ  ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ  ۖ وَلَا تَقْرَبُواْ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ  ۖ وَلَا تَقْتُلُواْ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ  ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

ќуль тə'əəлəу əтлю мəə həррōмə рōббукум 'əлэйкум, əльлəə тушрикуу биhи шэй`ə, вəби-ль-вəəлидəйни иhсəəнə, вəлəə тəќтулюю əулəəдəкум-мин имлəəќ, нəhну нəрзуќукум вə`иййəəhум, вəлəə тəќрōбууль-фəвəəhишə мəə з̃ōhəрō минhəə вəмəə бəтōн, вəлəə тəќтулююн-нəфсəль-лəтии həррōмəл-лаhу ильлəə би-ль-həќќ, з̃əəликум вəссōōкумм-биhи лə'əльлəкум тə'ќилююн

De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı – (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır».

6:152

وَلَا تَقْرَبُواْ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ  ۖ وَأَوْفُواْ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ  ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا  ۖ وَإِذَا قُلْتُمْ فَٱعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ  ۖ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُواْ  ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ

вəлəə тəќрōбуу мəəлəль-йəтиими ильлəə бильлəтии hийə əhсəну həттəə йəблюґō əшуддəh, вə`əуфууль-кəйлə вəəльмиизəəнə би-ль-ќист, лəə нукəллифу нəфсəн ильлəə вус'əhəə, вə`из̃əə ќультум фəə'дилюю вəлəу кəəнə з̃əə ќурбəə, вəби'əhдиль-лəhи əуфуу, з̃əəликум вəссōōкумм-биhи лə'əльлəкум тəз̃əккəруун

«Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır».

6:153

وَأَنَّ هَٰذَا صِرَٰطِى مُسْتَقِيمًا فَٱتَّبِعُوهُ  ۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦ  ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ

вə`əннə həəз̃əə сырōōтыы мустəќиимəн фəəттəби'ууh, вəлəə тəттəби'уус-субулə фəтəфəррōќō бикум 'əŋŋ-сəбиилиh, з̃əəликум вəссōōкумм-биhи лə'əльлəкум тəттəќуун

«Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır».

6:154

ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلًا لِّكُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ

c̃уммə əəтəйнəə муусəəль-китəəбə тəмəəмəн 'əлəəль-лəз̃ии əhсəнə вəтəфсыылəл-ликулли шэй`иу-вəhудəу-вəрōhмəтəль-лə'əльлəhумм-билиќōō`и рōббиhим йу`минуун

Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.

6:155

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ

вəhəəз̃əə китəəбун əŋŋзəльнəəhу мубəəрōкун фəəттəби'ууhу вəəттəќуу лə'əльлəкум турhəмуун

Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.

6:156

أَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَٰفِلِينَ

əŋŋ-тəќуулюю иннəмəə уŋŋзилəль-китəəбу 'əлəə тōō`ифəтəйни миŋŋ-ќōблинəə вə`иŋŋ-куннəə 'əŋŋ-дирōōсəтиhим лəґōōфилиин

Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən, biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.

6:157

أَوْ تَقُولُواْ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْ  ۚ فَقَدْ جَآءَكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ  ۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَا  ۗ سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُواْ يَصْدِفُونَ

əу тəќуулюю лəу əннəə уŋŋзилə 'əлэйнəəль-китəəбу лəкуннəə əhдəə минhум, фəќōд джəə`əкумм-бэййинəтумм-мир-рōббикум вəhудəу-вəрōhмəh, фəмəн əз̃лəму миммəŋŋ-кəз̃з̃əбə би`əəйəəтиль-лəhи вəсōдəфə 'əнhəə, сəнəджзииль-лəз̃иинə йəсдифуунə 'əн əəйəəтинəə суу`əль-'əз̃əəби бимəə кəəнуу йəсдифуун

Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.

6:158

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَٰتِ رَبِّكَ  ۗ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَٰنِهَا خَيْرًا  ۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ

həль йəŋŋз̃уруунə ильлəə əŋŋ-тə`тийəhумуль-мəлəə`икəту əу йə`тийə рōббукə əу йə`тийə бə'ду əəйəəти рōббик, йəумə йə`тии бə'ду əəйəəти рōббикə лəə йəŋŋфə'у нəфсəн иимəəнуhəə лəм тəкун əəмəнəт миŋŋ-ќōблю əу кəсəбəт фии иимəəниhəə хōйрō, ќули-ŋŋтəз̃ыруу иннəə муŋŋтəз̃ыруун

Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyamətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik».

6:159

إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ  ۚ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ

иннəль-лəз̃иинə фəррōќуу диинəhум вəкəəнуу шийə'əль-лəстə минhум фии шэй, иннəмəə əмруhум илəл-лаhи c̃уммə йунəбби`уhумм-бимəə кəəнуу йəф'əлююн

Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.

6:160

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا  ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

мəŋŋ-джəə`ə би-ль-həсəнəти фəлəhу 'əшру əмc̃əəлиhəə, вəмəŋŋ-джəə`ə бис-сəййи`əти фəлəə йуджзəə ильлəə миc̃лəhəə вəhум лəə йуз̃лəмуун

Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).