Müqəddəs Quran / Surələr / 70. Məaric
Məaric (Dərəcələr)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

70:1

سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ

сə`əлə сəə`илюмм-би'əз̃əəбиу-вəəќи'

İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək

70:2

لِّلْكَٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ

ли-ль-кəəфириинə лэйсə лəhу дəəфи'

Kafirlər üçün və onun qarşısını alan olmaz.

70:3

مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ

минəл-лаhи з̃ииль-мə'əəридж

(Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.

70:4

تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ

тə'руджуль-мəлəə`икəту вəр-рууhу илəйhи фии йəумин кəəнə миќдəəруhу хōмсиинə əльфə сəнəh

Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.

70:5

فَٱصْبِرْ صَبْرًا جَمِيلًا

фəəсбир сōбрōн джəмиилə

Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər-əlamət olmasın).

70:6

إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا

иннəhум йəрōунəhу бə'иидə

Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).

70:7

وَنَرَىٰهُ قَرِيبًا

вəнəрōōhу ќōриибə

Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.

70:8

يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ

йəумə тəкуунус-сəмəə`у кəəльмуhль

O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.

70:9

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ

вəтəкуунуль-джибəəлю кəəль'иhн

Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.

70:10

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا

вəлəə йəс`əлю həмиимун həмиимə

Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.