Əraf (Yüksəkliklər)
7:91

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُواْ فِى دَارِهِمْ جَٰثِمِينَ

фə`əхōз̃əтhумур-рōджфəту фə`əсбəhуу фии дəəриhим джəəc̃имиин

Beləliklə (göy gürultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzləri üstə düşmüş halda hamısının canları çıxdı.

7:92

ٱلَّذِينَ كَذَّبُواْ شُعَيْبًا كَأَن لَّمْ يَغْنَوْاْ فِيهَا  ۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيْبًا كَانُواْ هُمُ ٱلْخَٰسِرِينَ

əльлəз̃иинə кəз̃з̃əбуу шу'əйбəн кə`əль-лəм йəґнəу фииhəə, əльлəз̃иинə кəз̃з̃əбуу шу'əйбəн кəəнуу hумуль-хōōсириин

(Bəli,) Şüeybi təkzib edənlər (elə məhv oldular) sanki heç vaxt orada yaşamayıblar. Şüeybi təkzib edənlər, özləri ziyana uğramışlar idilər.

7:93

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَنَصَحْتُ لَكُمْ  ۖ فَكَيْفَ ءَاسَىٰ عَلَىٰ قَوْمٍ كَٰفِرِينَ

фəтəвəльлəə 'əнhум вəќōōлə йəə ќōуми лəќōд əблəґтукум рисəəлəəти рōббии вəнəсōhту лəкум, фəкəйфə əəсəə 'əлəə ќōумин кəəфириин

Beləliklə, (Şüeyb) onlardan üz döndərdi və (cəsədlərinə xitab edərək) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım və sizə öyüd-nəsihət verərək xeyirinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?»

7:94

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍ مِّن نَّبِىٍّ إِلَّآ أَخَذْنَآ أَهْلَهَا بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ

вəмəə əрсəльнəə фии ќōрйəтимм-мин-нəбиййин ильлəə əхōз̃нəə əhлəhəə би-ль-бə`сəə`и вəд-дōррōō`и лə'əльлəhум йəддōррō'уун

Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.

7:95

ثُمَّ بَدَّلْنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلْحَسَنَةَ حَتَّىٰ عَفَواْ وَّقَالُواْ قَدْ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذْنَٰهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

c̃уммə бəддəльнəə мəкəəнəс-сəййи`əтиль-həсəнəтə həттəə 'əфəу-вəќōōлюю ќōд мəссə əəбəə`əнəəд-дōррōō`у вəс-сəррōō`у фə`əхōз̃нəəhумм-бəґтəтəу-вəhум лəə йəш'уруун

Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad baxımından) artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq.

7:96

وَلَوْ أَنَّ أَهْلَ ٱلْقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوْاْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَٰتٍ مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذْنَٰهُم بِمَا كَانُواْ يَكْسِبُونَ

вəлəу əннə əhлəль-ќурōō əəмəнуу вəəттəќōу лəфəтəhнəə 'əлэйhимм-бəрōкəəтимм-минəс-сəмəə`и вəəль`əрды вəлəəкиŋŋ-кəз̃з̃əбуу фə`əхōз̃нəəhумм-бимəə кəəнуу йəксибуун

Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz, göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.

7:97

أَفَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا بَيَٰتًا وَهُمْ نَآئِمُونَ

əфə`əминə əhлюль-ќурōō əй-йə`тийəhумм-бə`сунəə бəйəəтəу-вəhум нəə`имуун

Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?

7:98

أَوَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا ضُحًى وَهُمْ يَلْعَبُونَ

əвə`əминə əhлюль-ќурōō əй-йə`тийəhумм-бə`сунəə дуhəу-вəhум йəль'əбуун

Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?

7:99

أَفَأَمِنُواْ مَكْرَ ٱللَّهِ  ۚ فَلَا يَأْمَنُ مَكْرَ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْخَٰسِرُونَ

əфə`əминуу мəкрōл-лаh, фəлəə йə`мəну мəкрōл-лаhи ильлəəль-ќōумуль-хōōсируун

Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.

7:100

أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ ٱلْأَرْضَ مِنۢ بَعْدِ أَهْلِهَآ أَن لَّوْ نَشَآءُ أَصَبْنَٰهُم بِذُنُوبِهِمْ  ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

əвəлəм йəhди лильлəз̃иинə йəриc̃уунəль-əрдō мимм-бə'ди əhлиhəə əль-лəу нəшəə`у əсōбнəəhумм-биз̃унуубиhим, вəнəтбə'у 'əлəə ќулююбиhим фəhум лəə йəсмə'уун

Məgər yer üzünün onun sahiblərindən sonra varisi olmuş şəxsləri bu mətləb hidayət etmədimi (və onlar üçün aydınlaşdırmadımı) ki, əgər Biz istəsək günahları müqabilində onları əzaba düçar edər və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurarıq ki, bir daha (haqq sözü) eşitməsinlər?!