Əraf (Yüksəkliklər)
7:11

وَلَقَدْ خَلَقْنَٰكُمْ ثُمَّ صَوَّرْنَٰكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُواْ لِءَادَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبْلِيسَ لَمْ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ

вəлəќōд хōлəќнəəкум c̃уммə сōувəрнəəкум c̃уммə ќульнəə ли-ль-мəлəə`икəти-сджудуу ли`əəдəмə фəсəджəдуу ильлəə иблиисə лəм йəкумм-минəс-сəəджидиин

Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan ) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin». Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.

7:12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ  ۖ قَالَ أَنَا۠ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍ وَخَلَقْتَهُۥ مِن طِينٍ

ќōōлə мəə мəнə'əкə əльлəə тəсджудə из̃ əмəртук, ќōōлə əнəə хōйрумм-минhу хōлəќтəнии мин-нəəриу-вəхōлəќтəhу миŋŋ-тыын

Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).

7:13

قَالَ فَٱهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخْرُجْ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ

ќōōлə фəəhбит минhəə фəмəə йəкууну лəкə əŋŋ-тəтəкəббəрō фииhəə фəəхрудж иннəкə минəс-сōōґириин

Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz, sən alçaq və xar edilmişlərdənsən».

7:14

قَالَ أَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

ќōōлə əŋŋз̃ырнии илəə йəуми йуб'əc̃уун

Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».

7:15

قَالَ إِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ

ќōōлə иннəкə минəль-муŋŋз̃ōриин

Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən».

7:16

قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ

ќōōлə фəбимəə əґвəйтəнии лə`əќ'удəннə лəhум сырōōтōкəль-мустəќиим

Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».

7:17

ثُمَّ لَءَاتِيَنَّهُم مِّنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَٰنِهِمْ وَعَن شَمَآئِلِهِمْ  ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَٰكِرِينَ

c̃уммə лə`əəтийəннəhум-мимм-бэйни əйдииhим вəмин хōльфиhим вə'əн əймəəниhим вə'əŋŋ-шəмəə`илиhим, вəлəə тəджиду əкc̃əрōhум шəəкириин

«Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».

7:18

قَالَ ٱخْرُجْ مِنْهَا مَذْءُومًا مَّدْحُورًا  ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

ќōōлə-хрудж минhəə мəз̃`уумəмм-мəдhуурō, лəмəŋŋ-тəби'əкə минhум лə`əмлə`əннə джəhəннəмə миŋŋкум əджмə'иин

Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz, onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».

7:19

وَيَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ

вəйəə əəдəму-скун əŋŋтə вəзəуджукəль-джəннəтə фəкулəə мин həйc̃у ши`тумəə вəлəə тəќрōбəə həəз̃иhиш-шəджəрōтə фəтəкуунəə минəз̃-з̃ōōлимиин

Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsil Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».

7:20

فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَٰلِدِينَ

фəвəсвəсə лəhумəəш-шэйтōōну лийубдийə лəhумəə мəə вуурийə 'əнhумəə миŋŋ-сəу`əəтиhимəə вəќōōлə мəə нəhəəкумəə рōббукумəə 'əн həəз̃иhиш-шəджəрōти ильлəə əŋŋ-тəкуунəə мəлəкəйни əу тəкуунəə минəль-хōōлидиин

Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir».