Əraf (Yüksəkliklər)
7:191

أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْـًٔا وَهُمْ يُخْلَقُونَ

əйушрикуунə мəə лəə йəхлюќу шэй`əу-вəhум йухлəќуун

Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir).

7:192

وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

вəлəə йəстəтыы'уунə лəhум нəсрōу-вəлəə əŋŋфусəhум йəŋŋсуруун

(Həmin bütlər) nə onlara bir yardım göstərə bilir və nə də özlərinə bir kömək edə bilirlər.

7:193

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ  ۚ سَوَآءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنتُمْ صَٰمِتُونَ

вə`иŋŋ-тəд'ууhум илəəль-hудəə лəə йəттəби'уукум, сəвəə`ун 'əлэйкум əдə'əутумууhум əм əŋŋтум сōōмитуун

Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).

7:194

إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ  ۖ فَٱدْعُوهُمْ فَلْيَسْتَجِيبُواْ لَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

иннəль-лəз̃иинə тəд'уунə миŋŋ-дууниль-лəhи 'ибəəдун əмc̃əəлюкум, фəəд'ууhум фəльйəстəджиибуу лəкум иŋŋ-куŋŋтум сōōдиќиин

Həqiqətən, sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar və mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.

7:195

أَلَهُمْ أَرْجُلٌ يَمْشُونَ بِهَآ  ۖ أَمْ لَهُمْ أَيْدٍ يَبْطِشُونَ بِهَآ  ۖ أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَآ  ۖ أَمْ لَهُمْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا  ۗ قُلِ ٱدْعُواْ شُرَكَآءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ

əлəhум əрджулюй-йəмшуунə биhəə, əм лəhум əйдий-йəбтышуунə биhəə, əм лəhум ə'йунуй-йубсыруунə биhəə, əм лəhум əəз̃əəнуй-йəсмə'уунə биhəə, ќули-д'уу шурōкəə`əкум c̃уммə киидууни фəлəə туŋŋз̃ыруун

Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».

7:196

إِنَّ وَلِۦِّىَ ٱللَّهُ ٱلَّذِى نَزَّلَ ٱلْكِتَٰبَ  ۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّٰلِحِينَ

иннə вəлиййийəл-лаhуль-лəз̃ии нəззəлəль-китəəб, вəhувə йəтəвəльлəəс-сōōлиhиин

«Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!»

7:197

وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

вəəльлəз̃иинə тəд'уунə миŋŋ-дууниhи лəə йəстəтыы'уунə нəсрōкум вəлəə əŋŋфусəhум йəŋŋсуруун

«Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».

7:198

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَسْمَعُواْ  ۖ وَتَرَىٰهُمْ يَنظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ

вə`иŋŋ-тəд'ууhум илəəль-hудəə лəə йəсмə'уу, вəтəрōōhум йəŋŋз̃уруунə илəйкə вəhум лəə йубсыруун

Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.

7:199

خُذِ ٱلْعَفْوَ وَأْمُرْ بِٱلْعُرْفِ وَأَعْرِضْ عَنِ ٱلْجَٰهِلِينَ

хуз̃иль-'əфвə вə`мур би-ль-'урфи вə`ə'рид 'əниль-джəəhилиин

Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).

7:200

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌ فَٱسْتَعِذْ بِٱللَّهِ  ۚ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ

вə`иммəə йəŋŋзəґōннəкə минəш-шэйтōōни нəзґун фəəстə'из̃ биль-лəh, иннəhу сəмии'ун 'əлиим

Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.