Müqəddəs Quran / Surələr / 9. Tövbə
Tövbə (Tövbə)
9:71

وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ  ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ  ۚ أُوْلَٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ  ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

вəəльму`минуунə вəəльму`минəəту бə'дуhум əулийəə`у бə'д, йə`муруунə би-ль-мə'рууфи вəйəнhəунə 'əниль-муŋŋкəри вəйуќиимуунəс-сōлəəтə вəйу`туунəз-зəкəəтə вəйутыы'уунəл-лаhə вəрōсуулəh, уулəə`икə сəйəрhəмуhумул-лаh, иннəл-лаhə 'əзиизун həкиим

Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən, Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.

9:72

وَعَدَ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةً فِى جَنَّٰتِ عَدْنٍ  ۚ وَرِضْوَٰنٌ مِّنَ ٱللَّهِ أَكْبَرُ  ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

вə'əдəл-лаhуль-му`миниинə вəəльму`минəəти джəннəəтин тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəру хōōлидиинə фииhəə вəмəсəəкинə тōййибəтəн фии джəннəəти 'əдн, вəридвəəнумм-минəл-лаhи əкбəр, з̃əəликə hувəль-фəузуль-'əз̃ыым

Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!

9:73

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ  ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ  ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

йəə əййуhəəн-нəбиййу джəəhидиль-куффəəрō вəəльмунəəфиќиинə вəəґлюз̃ 'əлэйhим, вəмə`вəəhум джəhəннəм, вəби`сəль-мəсыыр

Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.

9:74

يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدْ قَالُواْ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُواْ بَعْدَ إِسْلَٰمِهِمْ وَهَمُّواْ بِمَا لَمْ يَنَالُواْ  ۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ  ۚ فَإِن يَتُوبُواْ يَكُ خَيْرًا لَّهُمْ  ۖ وَإِن يَتَوَلَّوْاْ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ  ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ

йəhлифуунə биль-лəhи мəə ќōōлюю вəлəќōд ќōōлюю кəлимəтəль-куфри вəкəфəруу бə'дə ислəəмиhим вəhəммуу бимəə лəм йəнəəлюу, вəмəə нəќōмуу ильлəə əн əґнəəhумул-лаhу вəрōсуулюhу миŋŋ-фəдлиh, фə`ий-йəтуубуу йəку хōйрōль-лəhум, вə`ий-йəтəвəльлəу йу'əз̃з̃ибhумул-лаhу 'əз̃əəбəн əлиимəн фиид-дунйəə вəəль`əəхырōh, вəмəə лəhум фииль-əрды миу-вəлиййиу-вəлəə нəсыыр

Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki şübhəsiz, küfr sözü deyiblər və İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər). Və onlar nail ola bilmədikləri təhlükəli bir qərar (Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını) qəbul etdilər. Onlar (Allaha və Peyğəmbərə) yalnız Allah və Onun Peyğəmbərinin onları Öz lütf və kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular və qəzəbləndilər (beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər). Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır və əgər üz döndərsələr, Allah onlara dünya və axirətdə ağrılı bir əzab verəcək və yer üzündə onların bir başçı və köməkçiləri olmayacaqdır.

9:75

 ۞ وَمِنْهُم مَّنْ عَٰهَدَ ٱللَّهَ لَئِنْ ءَاتَىٰنَا مِن فَضْلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّٰلِحِينَ

вəминhум-мəн 'əəhəдəл-лаhə лə`ин əəтəəнəə миŋŋ-фəдлиhи лəнəссōддəќōннə вəлəнəкуунəннə минəс-сōōлиhиин

Onlardan Allahla «əgər O Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq» deyə əhd bağlamış kəslər vardır.

9:76

فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضْلِهِۦ بَخِلُواْ بِهِۦ وَتَوَلَّواْ وَّهُم مُّعْرِضُونَ

фəлəммəə əəтəəhум-миŋŋ-фəдлиhи бəхылюю биhи вəтəвəльлəу-вəhум-му'ридуун

Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər.

9:77

فَأَعْقَبَهُمْ نِفَاقًا فِى قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُۥ بِمَآ أَخْلَفُواْ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ

фə`ə'ќōбəhум нифəəќōн фии ќулююбиhим илəə йəуми йəльќōунəhу бимəə əхлəфуул-лаhə мəə вə'əдууhу вəбимəə кəəнуу йəкз̃ибуун

Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.

9:78

أَلَمْ يَعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَىٰهُمْ وَأَنَّ ٱللَّهَ عَلَّٰمُ ٱلْغُيُوبِ

əлəм йə'лəмуу əннəл-лаhə йə'лəму сиррōhум вəнəджвəəhум вə`əннəл-лаhə 'əльлəəмуль-ґуйууб

Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?

9:79

ٱلَّذِينَ يَلْمِزُونَ ٱلْمُطَّوِّعِينَ مِنَ ٱلْمُؤْمِنِينَ فِى ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ ٱللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

əльлəз̃иинə йəльмизуунəль-муттōуви'иинə минəль-му`миниинə фиис-сōдəќōōти вəəльлəз̃иинə лəə йəджидуунə ильлəə джуhдəhум фəйəсхōруунə минhум сəхырōл-лаhу минhум вəлəhум 'əз̃əəбун əлиим

Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənlərə Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır.

9:80

ٱسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ  ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ  ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

истəґфир лəhум əу лəə тəстəґфир лəhум иŋŋ-тəстəґфир лəhум сəб'иинə мəррōтəн фəлэй-йəґфирōл-лаhу лəhум, з̃əəликə би`əннəhум кəфəруу биль-лəhи вəрōсуулиh, вəл-лаhу лəə йəhдииль-ќōумəль-фəəсиќиин

Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.