Müqəddəs Quran / Cüz / Cüz 13
Cüz 13
12:79

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًا لَّظَٰلِمُونَ

ќōōлə мə'əəз̃əл-лаhи əн-нə`хуз̃ə ильлəə мəу-вəджəднəə мəтəə'əнəə 'иŋŋдəhу иннəə из̃əль-лəз̃ōōлимуун

Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».

12:80

فَلَمَّا ٱسْتَيْـَٔسُواْ مِنْهُ خَلَصُواْ نَجِيًّا  ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓاْ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ  ۖ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى  ۖ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

фəлəммəə-стəй`əсуу минhу хōлəсуу нəджиййə, ќōōлə кəбиируhум əлəм тə'лəмуу əннə əбəəкум ќōд əхōз̃ə 'əлэйкум-мəуc̃иќōмм-минəл-лаhи вəмиŋŋ-ќōблю мəə фəррōттум фии йуусуф, фəлəн əбрōhəль-əрдō həттəə йə`з̃əнə лии əбии əу йəhкумəл-лаhу лий, вəhувə хōйруль-həəкимиин

Beləliklə, ondan (Yusufun onların təklifini qəbul etməsindən və qardaşlarının nicat tapmasından) naümid olduqdan sonra, pıçıldaşaraq bir kənara çəkildilər. Böyükləri dedi: «Məgər atanızın (Binyamin barəsində) sizdən möhkəm ilahi bir peyman almasını və keçmişdə də Yusuf barəsində nə nöqsanlara yol verdiyinizi bilmirsiniz?! Buna görə də, (şəxsən) mən atam mənə icazə verənə və ya Allah mənim barəmdə hökm çıxarana qədər bu diyardan əsla çıxmayacağam. O, hökm edənlərin ən yaxşısıdır».

12:81

ٱرْجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُواْ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ

ирджи'уу илəə əбиикум фəќуулюю йəə əбəəнəə иннə-бнəкə сəрōќō вəмəə шəhиднəə ильлəə бимəə 'əлимнəə вəмəə куннəə ли-ль-ґōйби həəфиз̃ыын

«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən, oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».

12:82

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا  ۖ وَإِنَّا لَصَٰدِقُونَ

вəəс`əлиль-ќōрйəтəль-лəтии куннəə фииhəə вəəль'иирōль-лəтии əќбəльнəə фииhəə, вə`иннəə лəсōōдиќуун

«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən, biz doğruçuyuq».

12:83

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا  ۖ فَصَبْرٌ جَمِيلٌ  ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا  ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

ќōōлə бəль сəувəлəт лəкум əŋŋфусукум əмрō, фəсōбрун джəмииль, 'əсəл-лаhу əй-йə`тийəнии биhим джəмии'ə, иннəhу hувəль-'əлиимуль-həкиим

(Yəqub) dedi: «Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən, (hər şeyi) bilən və hikmət sahibi Odur!»

12:84

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌ

вəтəвəльлəə 'əнhум вəќōōлə йəə əсəфəə 'əлəə йуусуфə вəəбйəддōт 'əйнəəhу минəль-hузни фəhувə кəз̃ыым

Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.

12:85

قَالُواْ تَٱللَّهِ تَفْتَؤُاْ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَٰلِكِينَ

ќōōлюю тəл-лаhи тəфтə`у тəз̃куру йуусуфə həттəə тəкуунə həрōдōн əу тəкуунə минəль-həəликиин

(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan».

12:86

قَالَ إِنَّمَآ أَشْكُواْ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

ќōōлə иннəмəə əшкуу бəc̃c̃ии вəhузнии илəл-лаhи вə`ə'лəму минəл-лаhи мəə лəə тə'лəмуун

Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm».