Müqəddəs Quran / Cüz / Cüz 14
Cüz 14
16:7

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ  ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

вəтəhмилю əc̃ќōōлəкум илəə бəлəдиль-лəм тəкуунуу бəəлиґииhи ильлəə бишиќќиль-əŋŋфус, иннə рōббəкум лəрō`ууфур-рōhиим

Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz çox şəfqətli və mehribandır.

16:8

وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً  ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

вəəльхōйлə вəəльбиґōōлə вəəльhəмиирō литəркəбууhəə вəзиинəh, вəйəхлюќу мəə лəə тə'лəмуун

Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.

16:9

وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌ  ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ

вə'əлəл-лаhи ќōсдус-сəбиили вəминhəə джəə`ир, вəлəу шəə`ə лəhəдəəкум əджмə'иин

Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).

16:10

هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً  ۖ لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

hувəль-лəз̃ии əŋŋзəлə минəс-сəмəə`и мəə`ə, лəкум-минhу шəрōōбуу-вəминhу шəджəрун фииhи тусиимуун

Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.

16:11

يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ  ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

йумм-биту лəкумм-биhиз-зəр'ə вəз-зəйтуунə вəн-нəхыылə вəəль`ə'нəəбə вəмиŋŋ-куллиc̃-c̃əмəрōōт, иннə фии з̃əəликə лə`əəйəтəл-лиќōумий-йəтəфəккəруун

Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.

16:12

وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ  ۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ  ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

вəсəххōрō лəкумуль-лэйлə вəн-нəhəəрō вəш-шəмсə вəəльќōмəр, вəн-нуджууму мусəххōрōōтумм-би`əмриh, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йə'ќилююн

Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

16:13

وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ  ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ

вəмəə з̃əрō`ə лəкум фииль-əрды мухтəлифəн əльвəəнуh, иннə фии з̃əəликə лə`əəйəтəл-лиќōумий-йəз̃з̃əккəруун

Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən, bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.

16:14

وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُواْ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُواْ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

вəhувəль-лəз̃ии сəххōрōль-бəhрō литə`кулюю минhу лəhмəн тōриййəу-вəтəстəхриджуу минhу hильйəтəн тəльбəсуунəhəə вəтəрōōль-фулькə мəвəəхырō фииhи вəлитəбтəґуу миŋŋ-фəдлиhи вəлə'əльлəкум тəшкуруун

Və təzə ət yeməyiniz və geyindiyiniz (ləl və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.