Müqəddəs Quran / Cüz / Cüz 17
Cüz 17

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

21:1

ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍ مُّعْرِضُونَ

иќтəрōбə лин-нəəси hисəəбуhум вəhум фии ґōфлəтимм-му'ридуун

İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.

21:2

مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ

мəə йə`тииhим-миŋŋ-з̃икримм-мир-рōббиhим-муhдəc̃ин ильлəə-стəмə'ууhу вəhум йəль'əбуун

Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Quran və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).

21:3

لَاهِيَةً قُلُوبُهُمْ  ۗ وَأَسَرُّواْ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ  ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ

лəəhийəтəн ќулююбуhум, вə`əсəрруун-нəджвəəль-лəз̃иинə з̃ōлəмуу həль həəз̃əə ильлəə бəшəрумм-миc̃люкум, əфəтə`туунəс-сиhрō вə`əŋŋтум тубсыруун

(Vəhy və Qurana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimin bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).

21:4

قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ  ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

ќōōлə рōббии йə'лəмуль-ќōулə фиис-сəмəə`и вəəль`əрд, вəhувəс-сəмии'уль-'əлиим

(Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir».

21:5

بَلْ قَالُوٓاْ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِـَٔايَةٍ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ

бəль ќōōлюю əдґōōc̃у əhлəəмимм-бəли-фтəрōōhу бəль hувə шəə'ирун фəльйə`тинəə би`əəйəтин кəмəə урсилəль-əувəлююн

Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin».

21:6

مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ  ۖ أَفَهُمْ يُؤْمِنُونَ

мəə əəмəнəт ќōблəhум-миŋŋ-ќōрйəтин əhлəкнəəhəə, əфəhум йу`минуун

Onlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?!

21:7

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ  ۖ فَسْـَٔلُوٓاْ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

вəмəə əрсəльнəə ќōблəкə ильлəə риджəəлəн-ннууhии илəйhим, фəəс`əлюю əhлəз̃-з̃икри иŋŋ-куŋŋтум лəə тə'лəмуун

Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.

21:8

وَمَا جَعَلْنَٰهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُواْ خَٰلِدِينَ

вəмəə джə'əльнəəhум джəсəдəль-лəə йə`кулююнəт-тō'əəмə вəмəə кəəнуу хōōлидиин

Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).

21:9

ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ

c̃уммə сōдəќнəəhумуль-вə'дə фə`əŋŋджəйнəəhум вəмəн-нəшəə`у вə`əhлəкнəəль-мусрифиин

Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik.

21:10

لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَٰبًا فِيهِ ذِكْرُكُمْ  ۖ أَفَلَا تَعْقِلُونَ

лəќōд əŋŋзəльнəə илəйкум китəəбəн фииhи з̃икрукум, əфəлəə тə'ќилююн

Həqiqətən, Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!