Müqəddəs Quran / Cüz / Cüz 18
Cüz 18
24:32

وَأَنكِحُواْ ٱلْأَيَٰمَىٰ مِنكُمْ وَٱلصَّٰلِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَآئِكُمْ  ۚ إِن يَكُونُواْ فُقَرَآءَ يُغْنِهِمُ ٱللَّهُ مِن فَضْلِهِۦ  ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

вə`əŋŋкиhууль-əйəəмəə миŋŋкум вəс-сōōлиhиинə мин 'ибəəдикум вə`имəə`икум, ий-йəкуунуу фуќōрōō`ə йуґниhимул-лаhу миŋŋ-фəдлиh, вəл-лаhу вəəси'ун 'əлиим

(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir.

24:33

وَلْيَسْتَعْفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ  ۗ وَٱلَّذِينَ يَبْتَغُونَ ٱلْكِتَٰبَ مِمَّا مَلَكَتْ أَيْمَٰنُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا  ۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِىٓ ءَاتَىٰكُمْ  ۚ وَلَا تُكْرِهُواْ فَتَيَٰتِكُمْ عَلَى ٱلْبِغَآءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُواْ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا  ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعْدِ إِكْرَٰهِهِنَّ غَفُورٌ رَّحِيمٌ

вəльйəстə'фифиль-лəз̃иинə лəə йəджидуунə никəəhəн həттəə йуґнийəhумул-лаhу миŋŋ-фəдлиh, вəəльлəз̃иинə йəбтəґуунəль-китəəбə миммəə мəлəкəт əймəəнукум фəкəəтибууhум ин 'əлимтум фииhим хōйрō, вə`əəтууhум-мимм-мəəлиль-лəhиль-лəз̃ии əəтəəкум, вəлəə тукриhуу фəтəйəəтикум 'əлəəль-биґōō`и ин əрōднə тəhəссунəл-литəбтəґуу 'əрōдōль-həйəəтид-дунйəə, вəмəй-йукриhhуннə фə`иннəл-лаhə мимм-бə'ди икрōōhиhиннə ґōфуурур-рōhиим

Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən, Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bağışlayan və mehribandır.

24:34

وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ ءَايَٰتٍ مُّبَيِّنَٰتٍ وَمَثَلًا مِّنَ ٱلَّذِينَ خَلَوْاْ مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ

вəлəќōд əŋŋзəльнəə илəйкум əəйəəтимм-мубəййинəəтиу-вəмəc̃əлəмм-минəль-лəз̃иинə хōлəу миŋŋ-ќōбликум вəмəу'из̃ōтəл-ли-ль-муттəќиин

Həqiqətən, Biz (bu Quranda) sizin üçün aydınlıq gətirən ayələr, sizdən qabaq (ötüb) keçənlərdən xəbər və sifətlər, təqvalılar üçün öyüd-nəsihət nazil etdik.

24:35

 ۞ ٱللَّهُ نُورُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍ فِيهَا مِصْبَاحٌ  ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ  ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّىٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَٰرَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ  ۚ نُّورٌ عَلَىٰ نُورٍ  ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ  ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَٰلَ لِلنَّاسِ  ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

аллаhу нуурус-сəмəəвəəти вəəль`əрд, мəc̃əлю нууриhи кəмишкəəтин фииhəə мисбəəh, əльмисбəəhу фии зуджəəджəh, əззуджəəджəту кə`əннəhəə кəукəбун дурриййуй-йууќōду миŋŋ-шəджəрōтимм-мубəəрōкəтин зəйтуунəтиль-лəə шəрќиййəтиу-вəлəə ґōрбиййəтий-йəкəəду зəйтуhəə йудыы`у вəлəу лəм тəмсəсhу нəəр, нуурун 'əлəə нуур, йəhдиил-лаhу линууриhи мəй-йəшəə, вəйəдрибул-лаhуль-əмc̃əəлə лин-нəəс, вəл-лаhу бикулли шэй`ин 'əлиим

Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.

24:36

فِى بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا ٱسْمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ

фии буйуутин əз̃инəл-лаhу əŋŋ-турфə'ə вəйуз̃кəрō фииhəə-смуhу йусəббиhу лəhу фииhəə би-ль-ґудууви вəəль`əəсōōль

(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.