وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّۦنَ مِيثَٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَٰقًا غَلِيظًا
вə`из̃ əхōз̃нəə минəн-нəбиййиинə мииc̃əəќōhум вəмиŋŋкə вəмин-нууhиу-вə`ибрōōhиимə вəмуусəə вə'иисəə-бни мəрйəм, вə`əхōз̃нəə минhум-мииc̃əəќōн ґōлииз̃ō
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd-peyman aldıq ki, (hamısı bir-birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
لِّيَسْـَٔلَ ٱلصَّٰدِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًا أَلِيمًا
лийəс`əлəс-сōōдиќиинə 'əŋŋ-сыдќиhим, вə`ə'əддə ли-ль-кəəфириинə 'əз̃əəбəн əлиимə
(Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذْكُرُواْ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
йəə əййуhəəль-лəз̃иинə əəмəнуу-з̃куруу ни'мəтəл-лаhи 'əлэйкум из̃ джəə`əткум джунуудун фə`əрсəльнəə 'əлэйhим рииhəу-вəджунуудəль-лəм тəрōуhəə, вəкəəнəл-лаhу бимəə тə'мəлююнə бəсыырō
Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠
из̃ джəə`уукум-миŋŋ-фəуќикум вəмин əсфəлə миŋŋкум вə`из̃ зəəґōтиль-əбсōōру вəбəлəґōтиль-ќулююбуль-həнəəджирō вəтəз̃уннуунə биль-лəhиз̃-з̃унуунəə
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُواْ زِلْزَالًا شَدِيدًا
hунəəликə-бтулийəль-му`минуунə вəзульзилюю зильзəəлəн шəдиидə
(Məhz) o zaman möminlər imtahan edilmiş və möhkəm sarsılmış, iztiraba düçar olmuşdular.
وَإِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورًا
вə`из̃ йəќуулюль-мунəəфиќуунə вəəльлəз̃иинə фии ќулююбиhим-мəрōдумм-мəə вə'əдəнəл-лаhу вəрōсуулюhу ильлəə ґуруурō
Və (yada sal) o zaman ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».
وَإِذْ قَالَت طَّآئِفَةٌ مِّنْهُمْ يَٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُواْ ۚ وَيَسْتَـْٔذِنُ فَرِيقٌ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِىَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا
вə`из̃ ќōōлəт-тōō`ифəтумм-минhум йəə əhлə йəc̃рибə лəə муќōōмə лəкум фəəрджи'уу, вəйəстə`з̃ину фəрииќумм-минhумун-нəбиййə йəќуулююнə иннə буйуутəнəə 'əурōтуу-вəмəə hийə би'əурōh, ий-йуриидуунə ильлəə фирōōрō
Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» – deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلْفِتْنَةَ لَءَاتَوْهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرًا
вəлəу духылəт 'əлэйhим-мин əќтōōриhəə c̃уммə су`илююль-фитнəтə лə`əəтəуhəə вəмəə тəлəббəc̃уу биhəə ильлəə йəсиирō
Və əgər «əzhab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
وَلَقَدْ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَٰرَ ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْـُٔولًا
вəлəќōд кəəнуу 'əəhəдуул-лаhə миŋŋ-ќōблю лəə йувəллююнəль-əдбəəр, вəкəəнə 'əhдул-лаhи мəс`уулə
Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.