Müqəddəs Quran / Cüz / Cüz 29
Cüz 29

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

67:1

تَبَٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

тəбəəрōкəль-лəз̃ии бийəдиhиль-мульку вəhувə 'əлəə кулли шэй`ин ќōдиир

Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.

67:2

ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا  ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ

əльлəз̃ии хōлəќōль-мəутə вəəльhəйəəтə лийəблювəкум əййукум əhсəну 'əмəлə, вəhувəль-'əзиизуль-ґōфуур

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.

67:3

ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍ طِبَاقًا  ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَٰنِ مِن تَفَٰوُتٍ  ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ

əльлəз̃ии хōлəќō сəб'ə сəмəəвəəтин тыбəəќō, мəə тəрōō фии хōльќир-рōhмəəни миŋŋ-тəфəəвут, фəəрджи'иль-бəсōрō həль тəрōō миŋŋ-футуур

Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?

67:4

ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ

c̃уммə-рджи'иль-бəсōрō кəррōтəйни йəŋŋќōлиб илəйкəль-бəсōру хōōси`əу-вəhувə həсиир

Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.

67:5

وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَجَعَلْنَٰهَا رُجُومًا لِّلشَّيَٰطِينِ  ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ

вəлəќōд зəййəннəəс-сəмəə`əд-дунйəə бимəсōōбииhə вəджə'əльнəəhəə руджуумəл-лиш-шəйəəтыын, вə`ə'тəднəə лəhум 'əз̃əəбəс-сə'иир

Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.

67:6

وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ  ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

вəлильлəз̃иинə кəфəруу бирōббиhим 'əз̃əəбу джəhəннəм, вəби`сəль-мəсыыр

Rəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir!

67:7

إِذَآ أُلْقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقًا وَهِىَ تَفُورُ

из̃əə ульќуу фииhəə сəми'уу лəhəə шəhииќōу-вəhийə тəфуур

Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.

67:8

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ  ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ

тəкəəду тəмəййəзу минəль-ґōйз̃, кульлəмəə ульќийə фииhəə фəуджун сə`əлəhум хōзəнəтуhəə əлəм йə`тикум нəз̃иир

Az qala qəzəbin şiddətindən parça-parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»

67:9

قَالُواْ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍ كَبِيرٍ

ќōōлюю бəлəə ќōд джəə`əнəə нəз̃иирун фəкəз̃з̃əбнəə вəќульнəə мəə нəззəлəл-лаhу миŋŋ-шэй`ин ин əŋŋтум ильлəə фии дōлəəлин кəбиир

Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».

67:10

وَقَالُواْ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَٰبِ ٱلسَّعِيرِ

вəќōōлюю лəу куннəə нəсмə'у əу нə'ќилю мəə куннəə фии əсhəəбис-сə'иир

Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».

67:11

فَٱعْتَرَفُواْ بِذَنۢبِهِمْ فَسُحْقًا لِّأَصْحَٰبِ ٱلسَّعِيرِ

фəə'тəрōфуу биз̃əмм-биhим фəсуhќōл-ли`əсhəəбис-сə'иир

Beləliklə, öz günahlarını etiraf edərlər və (Allahın rəhmətindən) uzaq olsun yanar Cəhənnəm odunun əhli! Ölüm olsun onlara!

67:12

إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

иннəль-лəз̃иинə йəхшəунə рōббəhумм-би-ль-ґōйби лəhум-мəґфирōтуу-вə`əджрун кəбиир

Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.