أَلَمْ تَرَ إِلَى ٱلْمَلَإِ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنۢ بَعْدِ مُوسَىٰٓ إِذْ قَالُواْ لِنَبِىٍّ لَّهُمُ ٱبْعَثْ لَنَا مَلِكًا نُّقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ ٱلْقِتَالُ أَلَّا تُقَٰتِلُواْ ۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِى سَبِيلِ ٱللَّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَٰرِنَا وَأَبْنَآئِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ تَوَلَّوْاْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ
əлəм тəрō илəəль-мəлə`и мимм-бəнии исрōō`иилə мимм-бə'ди муусəə из̃ ќōōлюю линəбиййиль-лəhуму-б'əc̃ лəнəə мəликəн-ннуќōōтиль фии сəбиилиль-лəh, ќōōлə həль 'əсəйтум иŋŋ-кутибə 'əлэйкумуль-ќитəəлю əльлəə туќōōтилюу, ќōōлюю вəмəə лəнəə əльлəə нуќōōтилə фии сəбиилиль-лəhи вəќōд ухриджнəə миŋŋ-дийəəринəə вə`əбнəə`инəə, фəлəммəə кутибə 'əлэйhимуль-ќитəəлю тəвəльлəу ильлəə ќōлиилəмм-минhум, вəл-лаhу 'əлиимумм-биз̃-з̃ōōлимиин
Musa(nın vəfatın)dan sonra Bəni-İsrail böyüklərindən (əyan-əşraflarından) öz peyğəmbərlərindən birinə (Şəmuilə) «Allah yolunda döyüşməyimiz üçün bizə bir hökmdar göndər» deyən dəstəyə (onların halına qəlb gözü ilə) baxmadınmı? (Peyğəmbərləri onlara) dedi: «Heç sizə döyüş yazılacağı təqdirdə vuruşmayacağınız (və itaətsizlik edəcəyiniz) ehtimalını vermirsiniz?» Dedilər: «Bizə nə olub ki, öz ev-eşiyimizdən və övladlarımızın yanından çıxarıldığımız halda Allah yolunda vuruşmayaq?» Beləliklə, onlara döyüş yazılan zaman, onların az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır.
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ٱللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِٱلْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ ٱلْمَالِ ۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰهُ عَلَيْكُمْ وَزَادَهُۥ بَسْطَةً فِى ٱلْعِلْمِ وَٱلْجِسْمِ ۖ وَٱللَّهُ يُؤْتِى مُلْكَهُۥ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
вəќōōлə лəhум нəбиййуhум иннəл-лаhə ќōд бə'əc̃ə лəкум тōōлюютə мəликə, ќōōлюю əннəə йəкууну лəhуль-мульку 'əлэйнəə вəнəhну əhəќќу би-ль-мульки минhу вəлəм йу`тə сə'əтəмм-минəль-мəəль, ќōōлə иннəл-лаhə-стōфəəhу 'əлэйкум вəзəəдəhу бəстōтəн фииль-'ильми вəəльджисм, вəл-лаhу йу`тии мулькəhу мəй-йəшəə, вəл-лаhу вəəси'ун 'əлиим
Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi». Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir».
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ءَايَةَ مُلْكِهِۦٓ أَن يَأْتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحْمِلُهُ ٱلْمَلَٰٓئِكَةُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
вəќōōлə лəhум нəбиййуhум иннə əəйəтə мулькиhи əй-йə`тийəкумут-тəəбууту фииhи сəкиинəтумм-мир-рōббикум вəбəќиййəтумм-миммəə тəрōкə əəлю муусəə вə`əəлю həəруунə тəhмилюhуль-мəлəə`икəh, иннə фии з̃əəликə лə`əəйəтəль-лəкум иŋŋ-куŋŋтум-му`миниин
Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nəleyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır».