Müqəddəs Quran / Cüz / Cüz 2
Cüz 2
2:238

حَٰفِظُواْ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلْوُسْطَىٰ وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ

həəфиз̃уу 'əлəəс-сōлəвəəти вəс-сōлəəтиль-вустōō вəќуумуу лильлəhи ќōōнитиин

Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın.

2:239

فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا  ۖ فَإِذَآ أَمِنتُمْ فَٱذْكُرُواْ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ

фə`ин хыфтум фəриджəəлəн əу рукбəəнə, фə`из̃əə əмиŋŋтум фəəз̃куруул-лаhə кəмəə 'əльлəмəкум-мəə лəм тəкуунуу тə'лəмуун

Beləliklə, əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.

2:240

وَٱلَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَٰجًا وَصِيَّةً لِّأَزْوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلْحَوْلِ غَيْرَ إِخْرَاجٍ  ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِى مَا فَعَلْنَ فِىٓ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ  ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ

вəəльлəз̃иинə йутəвəффəунə миŋŋкум вəйəз̃əруунə əзвəəджəу-вəсыййəтəл-ли`əзвəəджиhим-мəтəə'əн илəəль-həули ґōйрō ихрōōдж, фə`ин хōрōджнə фəлəə джунəəhə 'əлэйкум фии мəə фə'əльнə фии əŋŋфусиhиннə мимм-мə'рууф, вəл-лаhу 'əзиизун həкиим

Sizdən ölümləri yaxınlaşan və özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları və (onların evdən) çıxarılmadan bir illik yaşayış xərcləri(nin təmin olunması) barəsində vəsiyyət etməlidirlər. Əgər onlar özləri çıxıb getsələr, onda, onların özləri barədə bəyənilən şəkildə gördükləri işdə (evlənmələrində və ya başqa bir işi seçmələrində) sizə (meyidin varislərinə) günah yoxdur (və xərclər boyundan götürülür). Allah qüdrətli və hikmətlidir. (Bu hökm İslamın ilkin çağlarında qüvvədə olub və sonradan nəsx edilərək, irs və iddə hökmü ilə əvəz edilib).

2:241

وَلِلْمُطَلَّقَٰتِ مَتَٰعٌۢ بِٱلْمَعْرُوفِ  ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ

вəли-ль-мутōльлəќōōти мəтəə'умм-би-ль-мə'рууф, həќќōн 'əлəəль-муттəќиин

Və talaq verilmiş qadınlara (ər tərəfindən) münasib mal və yaşayış şəraiti lazımdır (iddə gözlədiyi müddətin xərcləri və talaqın növündən asılı olaraq mehriyyənin hamısı və ya bir hissəsi onlara verilməlidir). Bu, təqvalıların boynunda sabit və vacib (bir vəzifə)dir.

2:242

كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

кəз̃əəликə йубəййинул-лаhу лəкум əəйəəтиhи лə'əльлəкум тə'ќилююн

Allah Öz ayələrini (dinin hökmlərini) sizə bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz.

2:243

 ۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ ٱلْمَوْتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحْيَٰهُمْ  ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

əлəм тəрō илəəль-лəз̃иинə хōрōджуу миŋŋ-дийəəриhим вəhум улююфун həз̃əрōль-мəути фəќōōлə лəhумул-лаhу муутуу c̃уммə əhйəəhум, иннəл-лаhə лəз̃уу фəдлин 'əлəəн-нəəси вəлəəкиннə əкc̃əрōн-нəəси лəə йəшкуруун

Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər.)» Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər.

2:244

وَقَٰتِلُواْ فِى سَبِيلِ ٱللَّهِ وَٱعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ

вəќōōтилюю фии сəбиилиль-лəhи вəə'лəмуу əннəл-лаhə сəмии'ун 'əлиим

Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən, Allah eşidən və biləndir.

2:245

مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضْعَافًا كَثِيرَةً  ۚ وَٱللَّهُ يَقْبِضُ وَيَبْص ُۜطُ وَإِلَيْهِ تُرْجَعُونَ

мəŋŋ-з̃əəль-лəз̃ии йуќридул-лаhə ќōрдōн həсəнəн фəйудōō'ифəhу лəhу əд'əəфəн кəc̃иирōh, вəл-лаhу йəќбиду вəйəбсуту вə`илəйhи турджə'уун

Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah(da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız.