Müqəddəs Quran / Cüz / Cüz 5
Cüz 5
4:114

 ۞ لَّا خَيْرَ فِى كَثِيرٍ مِّن نَّجْوَىٰهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَٰحٍۭ بَيْنَ ٱلنَّاسِ  ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا

лəə хōйрō фии кəc̃ииримм-мин-нəджвəəhум ильлəə мəн əмəрō бисōдəќōтин əу мə'рууфин əу ислəəhимм-бэйнəн-нəəс, вəмəй-йəф'əль з̃əəликə-бтиґōō`ə мəрдōōтиль-лəhи фəсəуфə ну`тииhи əджрōн 'əз̃ыымə

Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda – sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla – bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.

4:115

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ  ۖ وَسَآءَتْ مَصِيرًا

вəмəй-йушəəќиќир-рōсуулə мимм-бə'ди мəə тəбэййəнə лəhуль-hудəə вəйəттəби' ґōйрō сəбиилиль-му`миниинə нувəллиhи мəə тəвəльлəə вəнуслиhи джəhəннəм, вəсəə`əт мəсыырō

Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.

4:116

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ  ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

иннəл-лаhə лəə йəґфиру əй-йушрōкə биhи вəйəґфиру мəə дуунə з̃əəликə лимəй-йəшəə, вəмəй-йушрик биль-лəhи фəќōд дōльлə дōлəəлəмм-бə'иидə

Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.

4:117

إِن يَدْعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثًا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَٰنًا مَّرِيدًا

ий-йəд'уунə миŋŋ-дууниhи ильлəə инəəc̃əу-вə`ий-йəд'уунə ильлəə шэйтōōнəмм-мəриидə

Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər.

4:118

لَّعَنَهُ ٱللَّهُ  ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا

лə'əнəhул-лаh, вəќōōлə лə`əттəхыз̃əннə мин 'ибəəдикə нəсыыбəмм-мəфруудō

Allah ona lənət etdi və onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir və fasiqlər, axirətdə isə müqəssir kafirlər və şəfaətin şamil olmadığı fasiqlər onundur.)

4:119

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَءَامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَٰمِ وَلَءَامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ  ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَٰنَ وَلِيًّا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا

вəлə`удыльлəннəhум вəлə`умəннийəннəhум вəлə`əəмурōннəhум фəлəйубəттикуннə əəз̃əəнəль-əн'əəми вəлə`əəмурōннəhум фəлəйуґōййируннə хōльќōл-лаh, вəмəй-йəттəхыз̃иш-шэйтōōнə вəлиййəмм-миŋŋ-дууниль-лəhи фəќōд хōсирō хусрōōнəмм-мубиинə

«Və şübhəsiz, onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.

4:120

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ  ۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

йə'идуhум вəйумəннииhим, вəмəə йə'идуhумуш-шэйтōōну ильлəə ґуруурō

Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.

4:121

أُوْلَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا

уулəə`икə мə`вəəhум джəhəннəму вəлəə йəджидуунə 'əнhəə мəhиисō

Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar.