وَٱذْكُرُوٓاْ إِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنۢ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِى ٱلْأَرْضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ ٱلْجِبَالَ بُيُوتًا ۖ فَٱذْكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعْثَوْاْ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ
вəəз̃куруу из̃ джə'əлəкум хулəфəə`ə мимм-бə'ди 'əəдиу-вəбəувə`əкум фииль-əрды тəттəхыз̃уунə миŋŋ-суhуулиhəə ќусуурōу-вəтəнhитуунəль-джибəəлə буйуутə, фəəз̃куруу əəлəə`əл-лаhи вəлəə тə'c̃əу фииль-əрды муфсидиин
Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın».
قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ ٱسْتَكْبَرُواْ مِن قَوْمِهِۦ لِلَّذِينَ ٱسْتُضْعِفُواْ لِمَنْ ءَامَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَٰلِحًا مُّرْسَلٌ مِّن رَّبِّهِۦ ۚ قَالُوٓاْ إِنَّا بِمَآ أُرْسِلَ بِهِۦ مُؤْمِنُونَ
ќōōлəль-мəлə`уль-лəз̃иинə-стəкбəруу миŋŋ-ќōумиhи лильлəз̃иинə-студ'ифуу лимəн əəмəнə минhум əтə'лəмуунə əннə сōōлиhəмм-мурсəлюмм-мир-рōббиh, ќōōлюю иннəə бимəə урсилə биhи му`минуун
Onun qövmünün təkəbbürlü başçı və böyükləri onların zəif salınmış möminlərinə dedilər: «Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsiniz?» Onlar dedilər: «Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik».
قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓاْ إِنَّا بِٱلَّذِىٓ ءَامَنتُم بِهِۦ كَٰفِرُونَ
ќōōлəль-лəз̃иинə-стəкбəруу иннəə бильлəз̃ии əəмəŋŋтумм-биhи кəəфируун
Təkəbbürlük edənlər dedilər: «Şübhəsiz, biz sizin iman gətirdiyiniz şeyi inkar edirik».
فَعَقَرُواْ ٱلنَّاقَةَ وَعَتَوْاْ عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُواْ يَٰصَٰلِحُ ٱئْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلْمُرْسَلِينَ
фə'əќōруун-нəəќōтə вə'əтəу 'əн əмри рōббиhим вəќōōлюю йəə сōōлиhу-тинəə бимəə тə'идунəə иŋŋ-куŋŋтə минəль-мурсəлиин
Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: «Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir».
فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُواْ فِى دَارِهِمْ جَٰثِمِينَ
фə`əхōз̃əтhумур-рōджфəту фə`əсбəhуу фии дəəриhим джəəc̃имиин
Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّى وَنَصَحْتُ لَكُمْ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّٰصِحِينَ
фəтəвəльлəə 'əнhум вəќōōлə йəə ќōуми лəќōд əблəґтукум рисəəлəтə рōббии вəнəсōhту лəкум вəлəəкиль-лəə туhиббуунəн-нəəсыhиин
Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən, mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyirinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyirinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ ٱلْعَٰلَمِينَ
вəлюютōн из̃ ќōōлə лиќōумиhи əтə`туунəль-фəəhишəтə мəə сəбəќōкумм-биhəə мин əhəдимм-минəль-'əəлəмиин
Və Lutu (yada sal, onun) o zaman(ını) ki, öz qövmünə dedi: «Siz aləmdəkilərdən sizdən qabaq heç kəsin etmədiyi o çirkin işi edirsiniz?
إِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةً مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ
иннəкум лəтə`туунəр-риджəəлə шəhвəтəмм-миŋŋ-дуунин-нисəə, бəль əŋŋтум ќōумумм-мусрифуун
Həqiqətən, siz arvadları qoyub şəhvətlə kişilərlə əlaqədə olursunuz. (Təkcə bu işdə deyil,) bəlkə siz (hər bir işdə fitri) həddi aşan bir dəstəsiniz».