Müqəddəs Quran / Cüz / Cüz 8
Cüz 8
7:82

وَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخْرِجُوهُم مِّن قَرْيَتِكُمْ  ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

вəмəə кəəнə джəвəəбə ќōумиhи ильлəə əŋŋ-ќōōлюю əхриджууhум-миŋŋ-ќōрйəтикум, иннəhум унəəсуй-йəтəтōhhəруун

Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»

7:83

فَأَنجَيْنَٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ

фə`əŋŋджəйнəəhу вə`əhлəhу ильлəə-мрō`əтəhу кəəнəт минəль-ґōōбириин

Beləliklə, onu və ailəsini xilas etdik, arvadı istisna olmaqla ki, o, (əzab əhli arasında) qalanlardan oldu.

7:84

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا  ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُجْرِمِينَ

вə`əмтōрнəə 'əлэйhим-мəтōрō, фəəŋŋз̃ур кəйфə кəəнə 'əəќибəтуль-муджримиин

Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də günahkarların aqibətinin necə olduğuna nəzər sal!

7:85

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا  ۗ قَالَ يَٰقَوْمِ ٱعْبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ  ۖ قَدْ جَآءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ  ۖ فَأَوْفُواْ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ وَلَا تَبْخَسُواْ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تُفْسِدُواْ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا  ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

вə`илəə мəдйəнə əхōōhум шу'əйбə, ќōōлə йəə ќōуми-'будуул-лаhə мəə лəкум-мин илəəhин ґōйруh, ќōд джəə`əткумм-бэййинəтумм-мир-рōббикум, фə`əуфууль-кəйлə вəəльмиизəəнə вəлəə тəбхōсуун-нəəсə əшйəə`əhум вəлəə туфсидуу фииль-əрды бə'дə ислəəhиhəə, з̃əəликум хōйруль-лəкум иŋŋ-куŋŋтум-му`миниин

Və Mədyən (əhlinə) onların (qəbilə yaxud qan) qardaşı Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən açıq-aşkar bir dəlil gəlmişdir. (Məqsəd Şüeybin Allah tərəfindən olan möcüzəsidir ki, onun nədən ibarət olması açıqlanmayıb.) Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə-fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır.

7:86

وَلَا تَقْعُدُواْ بِكُلِّ صِرَٰطٍ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ بِهِۦ وَتَبْغُونَهَا عِوَجًا  ۚ وَٱذْكُرُوٓاْ إِذْ كُنتُمْ قَلِيلًا فَكَثَّرَكُمْ  ۖ وَٱنظُرُواْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

вəлəə тəќ'удуу бикулли сырōōтын туу'идуунə вəтəсуддуунə 'əŋŋ-сəбиилиль-лəhи мəн əəмəнə биhи вəтəбґуунəhəə 'ивəджə, вəəз̃куруу из̃ куŋŋтум ќōлиилəн фəкəc̃c̃əрōкум, вəəŋŋз̃уруу кəйфə кəəнə 'əəќибəтуль-муфсидиин

Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın. Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!

7:87

وَإِن كَانَ طَآئِفَةٌ مِّنكُمْ ءَامَنُواْ بِٱلَّذِىٓ أُرْسِلْتُ بِهِۦ وَطَآئِفَةٌ لَّمْ يُؤْمِنُواْ فَٱصْبِرُواْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ بَيْنَنَا  ۚ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

вə`иŋŋ-кəəнə тōō`ифəтумм-миŋŋкум əəмəнуу бильлəз̃ии урсильту биhи вəтōō`ифəтуль-лəм йу`минуу фəəсбируу həттəə йəhкумəл-лаhу бэйнəнəə, вəhувə хōйруль-həəкимиин

Və əgər sizdən bir dəstə mənim göndərildiyim şeyə iman gətirib və bir dəstə iman gətirməyibsə, Allah bizim aramızda hökm çıxarana kimi səbr edin (mübarizəyə qalxmayın). O, hökm çıxaranların ən yaxşısıdır».