Kəhf (Mağara)
18:51

 ۞ مَّآ أَشْهَدتُّهُمْ خَلْقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ ٱلْمُضِلِّينَ عَضُدًا

мəə əшhəттуhум хōльќōс-сəмəəвəəти вəəль`əрды вəлəə хōльќō əŋŋфусиhим вəмəə куŋŋту муттəхыз̃əль-мудыллиинə 'əдудə

Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.

18:52

وَيَوْمَ يَقُولُ نَادُواْ شُرَكَآءِىَ ٱلَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُواْ لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا

вəйəумə йəќуулю нəəдуу шурōкəə`ийəль-лəз̃иинə зə'əмтум фəдə'əуhум фəлəм йəстəджиибуу лəhум вəджə'əльнəə бэйнəhум-мəубиќō

Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar)». Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.

18:53

وَرَءَا ٱلْمُجْرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓاْ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُواْ عَنْهَا مَصْرِفًا

вəрō`əəль-муджримуунəн-нəəрō фəз̃ōннуу əннəhум-мувəəќи'ууhəə вəлəм йəджидуу 'əнhəə мəсрифə

Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə, ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.

18:54

وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ  ۚ وَكَانَ ٱلْإِنسَٰنُ أَكْثَرَ شَىْءٍ جَدَلًا

вəлəќōд сōррōфнəə фии həəз̃əəль-ќур`əəни лин-нəəси миŋŋ-кулли мəc̃əль, вəкəəнəль-иŋŋсəəну əкc̃əрō шэй`ин джəдəлə

Həqiqətən, bu Quranda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.

18:55

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓاْ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰ وَيَسْتَغْفِرُواْ رَبَّهُمْ إِلَّآ أَن تَأْتِيَهُمْ سُنَّةُ ٱلْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ قُبُلًا

вəмəə мəнə'əн-нəəсə əй-йу`минуу из̃ джəə`əhумуль-hудəə вəйəстəґфируу рōббəhум ильлəə əŋŋ-тə`тийəhум суннəтуль-əувəлиинə əу йə`тийəhумуль-'əз̃əəбу ќубулə

İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.

18:56

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ  ۚ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُواْ بِٱلْبَٰطِلِ لِيُدْحِضُواْ بِهِ ٱلْحَقَّ  ۖ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِى وَمَآ أُنذِرُواْ هُزُوًا

вəмəə нурсилюль-мурсəлиинə ильлəə мубəшшириинə вəмуŋŋз̃ириин, вəйуджəəдилюль-лəз̃иинə кəфəруу би-ль-бəəтыли лийудhидуу биhиль-həќќ, вəəттəхōз̃уу əəйəəтии вəмəə уŋŋз̃ируу hузувə

Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindədir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Quranı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.

18:57

وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعْرَضَ عَنْهَا وَنَسِىَ مَا قَدَّمَتْ يَدَاهُ  ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا  ۖ وَإِن تَدْعُهُمْ إِلَى ٱلْهُدَىٰ فَلَن يَهْتَدُوٓاْ إِذًا أَبَدًا

вəмəн əз̃лəму миммəŋŋ-з̃уккирō би`əəйəəти рōббиhи фə`ə'рōдō 'əнhəə вəнəсийə мəə ќōддəмəт йəдəəh, иннəə джə'əльнəə 'əлəə ќулююбиhим əкиннəтəн əй-йəфќōhууhу вəфии əəз̃əəниhим вəќрō, вə`иŋŋ-тəд'уhум илəəль-hудəə фəлэй-йəhтəдуу из̃əн əбəдə

Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən, Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar.

18:58

وَرَبُّكَ ٱلْغَفُورُ ذُو ٱلرَّحْمَةِ  ۖ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُواْ لَعَجَّلَ لَهُمُ ٱلْعَذَابَ  ۚ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُواْ مِن دُونِهِۦ مَوْئِلًا

вəрōббукəль-ґōфууру з̃уур-рōhмəh, лəу йу`əəхыз̃уhумм-бимəə кəсəбуу лə'əджджəлə лəhумуль-'əз̃əəб, бəль-лəhум-мəу'идуль-лэй-йəджидуу миŋŋ-дууниhи мəу`илə

Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .

18:59

وَتِلْكَ ٱلْقُرَىٰٓ أَهْلَكْنَٰهُمْ لَمَّا ظَلَمُواْ وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا

вəтилькəль-ќурōō əhлəкнəəhум лəммəə з̃ōлəмуу вəджə'əльнəə лимəhликиhим-мəу'идə

O cəmiyyətləri (Nuhun, Hudun, Salehin və Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik və (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq.

18:60

وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبْرَحُ حَتَّىٰٓ أَبْلُغَ مَجْمَعَ ٱلْبَحْرَيْنِ أَوْ أَمْضِىَ حُقُبًا

вə`из̃ ќōōлə муусəə лифəтəəhу лəə əбрōhу həттəə əблюґō мəджмə'əль-бəhрōйни əу əмдыйə hуќубə

Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».