Müqəddəs Quran / Surələr / 33. Əhzab
Əhzab (Müttəfiqlər)
33:61

مَّلْعُونِينَ  ۖ أَيْنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقْتِيلًا

мəль'ууниин, əйнəмəə c̃уќифуу ухыз̃уу вəќуттилюю тəќтиилə

(Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər.

33:62

سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْاْ مِن قَبْلُ  ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًا

суннəтəл-лаhи фииль-лəз̃иинə хōлəу миŋŋ-ќōбль, вəлəŋŋ-тəджидə лисуннəтиль-лəhи тəбдиилə

(Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan.

33:63

يَسْـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِ  ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ  ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا

йəс`əлюкəн-нəəсу 'əнис-сəə'əh, ќуль иннəмəə 'ильмуhəə 'иŋŋдəл-лаh, вəмəə йудриикə лə'əльлəс-сəə'əтə тəкууну ќōриибə

Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!

33:64

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلْكَٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا

иннəл-лаhə лə'əнəль-кəəфириинə вə`ə'əддə лəhум сə'иирō

Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır.

33:65

خَٰلِدِينَ فِيهَآ أَبَدًا  ۖ لَّا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا

хōōлидиинə фииhəə əбəдə, лəə йəджидуунə вəлиййəу-вəлəə нəсыырō

Onlar orada əbədi qalacaqlar (və) heç bir vəli (hami) və köməkçi tapmayacaqlar.

33:66

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِى ٱلنَّارِ يَقُولُونَ يَٰلَيْتَنَآ أَطَعْنَا ٱللَّهَ وَأَطَعْنَا ٱلرَّسُولَا۠

йəумə туќōльлəбу вуджууhуhум фиин-нəəри йəќуулююнə йəə лэйтəнəə əтō'нəл-лаhə вə`əтō'нəəр-рōсуулəə

Üzləri odda (o tərəf – bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»

33:67

وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠

вəќōōлюю рōббəнəə иннəə əтō'нəə сəəдəтəнəə вəкубəрōō`əнəə фə`əдōллююнəəс-сəбиилəə

Və deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».

33:68

رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًا كَبِيرًا

рōббəнəə əəтиhим ды'фəйни минəль-'əз̃əəби вəəль'əнhум лə'нəн кəбиирō

«Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».

33:69

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوْاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْ  ۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهًا

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу лəə тəкуунуу кəəльлəз̃иинə əəз̃əу муусəə фəбəррō`əhул-лаhу миммəə ќōōлюу, вəкəəнə 'иŋŋдəл-лаhи вəджииhə

Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri-şəri əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.

33:70

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوْلًا سَدِيدًا

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу-ттəќуул-лаhə вəќуулюю ќōулəн сəдиидə

Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!