Müqəddəs Quran / Surələr / 36. Ya-Sin
Ya-Sin (Ya Sin)
36:51

وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ

вəнуфихō фиис-суури фə`из̃əə hум-минəль-əдждəəc̃и илəə рōббиhим йəŋŋсилююн

Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.

36:52

قَالُواْ يَٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا  ۜ  ۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحْمَٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ

ќōōлюю йəə вəйлəнəə мəмм-бə'əc̃əнəə мимм-мəрќōдинəə, həəз̃əə мəə вə'əдəр-рōhмəəну вəсōдəќōль-мурсəлююн

Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».

36:53

إِن كَانَتْ إِلَّا صَيْحَةً وَٰحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ

иŋŋ-кəəнəт ильлəə сōйhəтəу-вəəhидəтəн фə`из̃əə hум джəмии'уль-лəдəйнəə муhдōруун

(Bu zaman) üfürmə və nərə (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.

36:54

فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

фəəльйəумə лəə туз̃лəму нəфсун шэй`əу-вəлəə туджзəунə ильлəə мəə куŋŋтум тə'мəлююн

Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür)».

36:55

إِنَّ أَصْحَٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍ فَٰكِهُونَ

иннə əсhəəбəль-джəннəтиль-йəумə фии шуґулин фəəкиhуун

Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.

36:56

هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ

hум вə`əзвəəджуhум фии з̃ылəəлин 'əлəəль-əрōō`ики муттəки`уун

Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər.

36:57

لَهُمْ فِيهَا فَٰكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ

лəhум фииhəə фəəкиhəтуу-вəлəhум-мəə йəддə'уун

Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır.

36:58

سَلَٰمٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ

сəлəəмун ќōулəмм-мир-рōббир-рōhиим

(Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər).

36:59

وَٱمْتَٰزُواْ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ

вəəмтəəзууль-йəумə əййуhəəль-муджримуун

(Günahkarlara belə xitab olunacaq:) «Bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın, ey günahkarlar».

36:60

 ۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُواْ ٱلشَّيْطَٰنَ  ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

əлəм ə'həд илəйкум йəə бəнии əəдəмə əль-лəə тə'будууш-шэйтōōн, иннəhу лəкум 'əдуувумм-мубиин

Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»