Müqəddəs Quran / Surələr / 36. Ya-Sin
Ya-Sin (Ya Sin)
36:61

وَأَنِ ٱعْبُدُونِى  ۚ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

вə`əни-'будууний, həəз̃əə сырōōтумм-мустəќиим

Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»

36:62

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا  ۖ أَفَلَمْ تَكُونُواْ تَعْقِلُونَ

вəлəќōд əдōльлə миŋŋкум джибильлəн кəc̃иирō, əфəлəм тəкуунуу тə'ќилююн

Şübhəsiz, (Şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!

36:63

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ

həəз̃иhи джəhəннəмуль-лəтии куŋŋтум туу'əдуун

Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir.

36:64

ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

ислəуhəəль-йəумə бимəə куŋŋтум тəкфуруун

Küfr və nankorluq etdiyinizə görə bu gün oraya daxil olun və onun atəşini dadın.

36:65

ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُواْ يَكْسِبُونَ

əльйəумə нəхтиму 'əлəə əфвəəhиhим вəтукəллимунəə əйдииhим вəтəшhəду əрджулюhумм-бимəə кəəнуу йəксибуун

Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.

36:66

وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ

вəлəу нəшəə`у лəтōмəснəə 'əлəə ə'йуниhим фəəстəбəќуус-сырōōтō фə`əннəə йубсыруун

Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir-birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)

36:67

وَلَوْ نَشَآءُ لَمَسَخْنَٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَٰعُواْ مُضِيًّا وَلَا يَرْجِعُونَ

вəлəу нəшəə`у лəмəсəхнəəhум 'əлəə мəкəəнəтиhим фəмəə-стəтōō'уу мудыййəу-вəлəə йəрджи'уун

Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).

36:68

وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ  ۖ أَفَلَا يَعْقِلُونَ

вəмəн-ну'əммирhу нунəккисhу фииль-хōльќ, əфəлəə йə'ќилююн

Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!

36:69

وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ  ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْءَانٌ مُّبِينٌ

вəмəə 'əльлəмнəəhуш-ши'рō вəмəə йəмм-бəґии лəh, ин hувə ильлəə з̃икруу-вəќур`əəнумм-мубиин

Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki,

36:70

لِّيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ

лийуŋŋз̃ирō мəŋŋ-кəəнə həййəу-вəйəhиќќōль-ќōулю 'əлəəль-кəəфириин

qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.