Müqəddəs Quran / Surələr / 39. Zumər
Zumər (Zümrələr)
39:11

قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًا لَّهُ ٱلدِّينَ

ќуль иннии умирту əн ə'будəл-лаhə мухлисōль-лəhуд-диин

De: «Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.

39:12

وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ

вə`умирту ли`əн əкуунə əувəлəль-муслимиин

Həmçinin mənə əmr edilmişdir ki, (bu dinə və kitaba) təslim olanlardan ilk şəxs olum».

39:13

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ

ќуль иннии əхōōфу ин 'əсōйту рōббии 'əз̃əəбə йəумин 'əз̃ыым

De: «Həqiqətən, əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram».

39:14

قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُۥ دِينِى

ќулиль-лəhə ə'буду мухлисōль-лəhу дииний

De: «Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda yalnız Ona ibadət edirəm.

39:15

فَٱعْبُدُواْ مَا شِئْتُم مِّن دُونِهِۦ  ۗ قُلْ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ  ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ

фəə'будуу мəə ши`тум-миŋŋ-дууниh, ќуль иннəль-хōōсириинəль-лəз̃иинə хōсируу əŋŋфусəhум вə`əhлииhим йəумəль-ќийəəмəh, əлəə з̃əəликə hувəль-хусрōōнуль-мубиин

Buna görə siz (də) Ondan başqa istədiyinizə ibadət edin». De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur».

39:16

لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ  ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ  ۚ يَٰعِبَادِ فَٱتَّقُونِ

лəhум-миŋŋ-фəуќиhим з̃улəлюмм-минəн-нəəри вəмиŋŋ-тəhтиhим з̃улəль, з̃əəликə йухōувифул-лаhу биhи 'ибəəдəh, йəə 'ибəəди фəəттəќуун

Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!

39:17

وَٱلَّذِينَ ٱجْتَنَبُواْ ٱلطَّٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ  ۚ فَبَشِّرْ عِبَادِ

вəəльлəз̃иинə-джтəнəбуут-тōōґуутə əй-йə'будууhəə вə`əнəəбуу илəл-лаhи лəhумуль-бушрōō, фəбəшшир 'ибəəд

Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!

39:18

ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ  ۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ  ۖ وَأُوْلَٰٓئِكَ هُمْ أُوْلُواْ ٱلْأَلْبَٰبِ

əльлəз̃иинə йəстəми'уунəль-ќōулə фəйəттəби'уунə əhсəнəh, уулəə`икəль-лəз̃иинə həдəəhумул-лаh, вə`уулəə`икə hум уулююль-əльбəəб

Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsil ağıl sahibləri!

39:19

أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ

əфəмəн həќќō 'əлэйhи кəлимəтуль-'əз̃əəби əфə`əŋŋтə туŋŋќиз̃у мəŋŋ-фиин-нəəр

Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!

39:20

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ  ۖ وَعْدَ ٱللَّهِ  ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ

лəəкиниль-лəз̃иинə-ттəќōу рōббəhум лəhум ґурōфумм-миŋŋ-фəуќиhəə ґурōфумм-мəбниййəтун тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəр, вə'дəл-лаh, лəə йухлифул-лаhуль-мии'əəд

Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.