Müqəddəs Quran / Surələr / 39. Zumər
Zumər (Zümrələr)
39:21

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُۥ حُطَٰمًا  ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُوْلِى ٱلْأَلْبَٰبِ

əлəм тəрō əннəл-лаhə əŋŋзəлə минəс-сəмəə`и мəə`əн фəсəлəкəhу йəнəəбии'ə фииль-əрды c̃уммə йухриджу биhи зəр'əмм-мухтəлифəн əльвəəнуhу c̃уммə йəhииджу фəтəрōōhу мусфəррōн c̃уммə йəдж'əлюhу hутōōмə, иннə фии з̃əəликə лəз̃икрōō ли`уулииль-əльбəəб

Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən, bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.

39:22

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِۦ  ۚ فَوَيْلٌ لِّلْقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ  ۚ أُوْلَٰٓئِكَ فِى ضَلَٰلٍ مُّبِينٍ

əфəмəŋŋ-шəрōhəл-лаhу сōдрōhу ли-ль-ислəəми фəhувə 'əлəə нууримм-мир-рōббиh, фəвəйлюл-ли-ль-ќōōсийəти ќулююбуhум-миŋŋ-з̃икриль-лəh, уулəə`икə фии дōлəəлимм-мубиин

Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.

39:23

ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَٰبًا مُّتَشَٰبِهًا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ  ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ  ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

аллаhу нəззəлə əhсəнəль-həдииc̃и китəəбəмм-мутəшəəбиhəмм-мəc̃əəнийə тəќшə'ирру минhу джулююдуль-лəз̃иинə йəхшəунə рōббəhум c̃уммə тəлиину джулююдуhум вəќулююбуhум илəə з̃икриль-лəh, з̃əəликə hудəл-лаhи йəhдии биhи мəй-йəшəə, вəмəй-йудлилиль-лəhу фəмəə лəhу мин həəд

Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.

39:24

أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ  ۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمْ تَكْسِبُونَ

əфəмəй-йəттəќии бивəджhиhи суу`əль-'əз̃əəби йəумəль-ќийəəмəh, вəќиилə лиз̃-з̃ōōлимиинə з̃ууќуу мəə куŋŋтум тəксибуун

Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»

39:25

كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

кəз̃з̃əбəль-лəз̃иинə миŋŋ-ќōблиhим фə`əтəəhумуль-'əз̃əəбу мин həйc̃у лəə йəш'уруун

Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.

39:26

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا  ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ  ۚ لَوْ كَانُواْ يَعْلَمُونَ

фə`əз̃əəќōhумул-лаhуль-хызйə фииль-həйəəтид-дунйəə, вəлə'əз̃əəбуль-əəхырōти əкбəр, лəу кəəнуу йə'лəмуун

Beləliklə, Allah (suda batırmaq, göydən gələn qorxunc səs, zəlzələ, daş yağışı və məsx etmək – surətlərini dəyişdirib çirkin bir hala salmaq – vasitəsi ilə) dünya həyatında onlara xarlıq və zillət daddırdı. Şübhəsiz, axirət əzabı daha böyükdür, əgər bilsəydilər!

39:27

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ

вəлəќōд дōрōбнəə лин-нəəси фии həəз̃əəль-ќур`əəни миŋŋ-кулли мəc̃əлиль-лə'əльлəhум йəтəз̃əккəруун

Doğrudan da Biz bu Quranda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik.

39:28

قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ

ќур`əəнəн 'əрōбиййəн ґōйрō з̃ии 'ивəджиль-лə'əльлəhум йəттəќуун

(Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Quran! Bəlkə çəkindilər.

39:29

ضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا  ۚ ٱلْحَمْدُ لِلَّهِ  ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

дōрōбəл-лаhу мəc̃əлəр-рōджулəн фииhи шурōкəə`у мутəшəəкисуунə вəрōджулəн сəлəмəл-лирōджулин həль йəстəвийəəни мəc̃əлə, əльhəмду лильлəh, бəль əкc̃əруhум лəə йə'лəмуун

Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları baxımından) bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər.

39:30

إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ

иннəкə мəййитуу-вə`иннəhум-мəййитуун

Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.