Tur (Dağ)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

52:1

وَٱلطُّورِ

вəт-туур

And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!

52:2

وَكِتَٰبٍ مَّسْطُورٍ

вəкитəəбимм-мəстуур

Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!

52:3

فِى رَقٍّ مَّنشُورٍ

фии рōќќимм-мəŋŋшуур

(Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!

52:4

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ

вəəльбəйтиль-мə'муур

Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!

52:5

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ

вəс-сəќфиль-мəрфуу'

Və ucaldılmış tavana (göyə).

52:6

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ

вəəльбəhриль-мəсджуур

Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!

52:7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ

иннə 'əз̃əəбə рōббикə лəвəəќи'

(Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.

52:8

مَّا لَهُۥ مِن دَافِعٍ

мəə лəhу миŋŋ-дəəфи'

Onu əsla heç kəs dəf edə bilməz.

52:9

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا

йəумə тəмуурус-сəмəə`у мəурō

O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.

52:10

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا

вəтəсиируль-джибəəлю сəйрō

Və bütün dağlar (toz kimi havada) gəzişəcək.