Müqəddəs Quran / Surələr / 77. Mursəlat
Mursəlat (Göndərilənlər)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

77:1

وَٱلْمُرْسَلَٰتِ عُرْفًا

вəəльмурсəлəəти 'урфə

And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).

77:2

فَٱلْعَٰصِفَٰتِ عَصْفًا

фəəль'əəсыфəəти 'əсфə

(And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.

77:3

وَٱلنَّٰشِرَٰتِ نَشْرًا

вəн-нəəширōōти нəшрō

And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),

77:4

فَٱلْفَٰرِقَٰتِ فَرْقًا

фəəльфəəриќōōти фəрќō

(And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,

77:5

فَٱلْمُلْقِيَٰتِ ذِكْرًا

фəəльмульќийəəти з̃икрō

(And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki,

77:6

عُذْرًا أَوْ نُذْرًا

'уз̃рōн əу нуз̃рō

(Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.

77:7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ

иннəмəə туу'əдуунə лəвəəќи'

(Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.

77:8

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ

фə`из̃əəн-нуджууму тумисəт

Ulduzlar məhv olacağı,

77:9

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ

вə`из̃əəс-сəмəə`у фуриджəт

Göy yarılacağı,

77:10

وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ

вə`из̃əəль-джибəəлю нусифəт

Dağlar yerindən qopacağı,