Əraf (Yüksəkliklər)
7:151

قَالَ رَبِّ ٱغْفِرْ لِى وَلِأَخِى وَأَدْخِلْنَا فِى رَحْمَتِكَ  ۖ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

ќōōлə рōбби-ґфир лии вəли`əхыы вə`əдхыльнəə фии рōhмəтик, вə`əŋŋтə əрhəмур-рōōhимиин

(Musa) dedi: «Ey Rəbbim, məni və qardaşımı bağışla və bizi Öz rəhmətinə daxil et ki, Sən mehribanların ən mehribanısan».

7:152

إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُواْ ٱلْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِّن رَّبِّهِمْ وَذِلَّةٌ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا  ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُفْتَرِينَ

иннəль-лəз̃иинə-ттəхōз̃ууль-'иджлə сəйəнəəлюhум ґōдōбумм-мир-рōббиhим вəз̃ильлəтун фииль-həйəəтид-дунйəə, вəкəз̃əəликə нəджзииль-муфтəриин

Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.

7:153

وَٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ ثُمَّ تَابُواْ مِنۢ بَعْدِهَا وَءَامَنُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

вəəльлəз̃иинə 'əмилююс-сəййи`əəти c̃уммə тəəбуу мимм-бə'диhəə вə`əəмəнуу иннə рōббəкə мимм-бə'диhəə лəґōфуурур-рōhиим

Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən, sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).

7:154

وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلْغَضَبُ أَخَذَ ٱلْأَلْوَاحَ  ۖ وَفِى نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِّلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ

вəлəммəə сəкəтə 'əмм-муусəəль-ґōдōбу əхōз̃əль-əльвəəh, вəфии нусхōтиhəə hудəу-вəрōhмəтул-лильлəз̃иинə hум лирōббиhим йəрhəбуун

Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi.

7:155

وَٱخْتَارَ مُوسَىٰ قَوْمَهُۥ سَبْعِينَ رَجُلًا لِّمِيقَٰتِنَا  ۖ فَلَمَّآ أَخَذَتْهُمُ ٱلرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُم مِّن قَبْلُ وَإِيَّٰىَ  ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآ  ۖ إِنْ هِىَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهْدِى مَن تَشَآءُ  ۖ أَنتَ وَلِيُّنَا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا  ۖ وَأَنتَ خَيْرُ ٱلْغَٰفِرِينَ

вəəхтəəрō муусəə ќōумəhу сəб'иинə рōджулəл-лимииќōōтинəə, фəлəммəə əхōз̃əтhумур-рōджфəту ќōōлə рōбби лəу ши`тə əhлəктəhум-миŋŋ-ќōблю вə`иййəəй, əтуhликунəə бимəə фə'əлəс-суфəhəə`у миннəə, ин hийə ильлəə фитнəтукə тудыллю биhəə мəŋŋ-тəшəə`у вəтəhдии мəŋŋ-тəшəə, əŋŋтə вəлиййунəə фəəґфир лəнəə вəəрhəмнəə, вə`əŋŋтə хōйруль-ґōōфириин

Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».

7:156

 ۞ وَٱكْتُبْ لَنَا فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةً وَفِى ٱلْءَاخِرَةِ إِنَّا هُدْنَآ إِلَيْكَ  ۚ قَالَ عَذَابِىٓ أُصِيبُ بِهِۦ مَنْ أَشَآءُ  ۖ وَرَحْمَتِى وَسِعَتْ كُلَّ شَىْءٍ  ۚ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤْمِنُونَ

вəəктуб лəнəə фии həəз̃иhид-дунйəə həсəнəтəу-вəфииль-əəхырōти иннəə hуднəə илəйк, ќōōлə 'əз̃əəбии усыыбу биhи мəн əшəə, вəрōhмəтии вəси'əт кульлə шэй, фəсə`əктубуhəə лильлəз̃иинə йəттəќуунə вəйу`туунəз-зəкəəтə вəəльлəз̃иинə hумм-би`əəйəəтинəə йу`минуун

«Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: «(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam».

7:157

ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِىَّ ٱلْأُمِّىَّ ٱلَّذِى يَجِدُونَهُۥ مَكْتُوبًا عِندَهُمْ فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ يَأْمُرُهُم بِٱلْمَعْرُوفِ وَيَنْهَىٰهُمْ عَنِ ٱلْمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيْهِمُ ٱلْخَبَٰٓئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَٱلْأَغْلَٰلَ ٱلَّتِى كَانَتْ عَلَيْهِمْ  ۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓ ۙ أُوْلَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

əльлəз̃иинə йəттəби'уунəр-рōсуулəн-нəбиййəль-уммиййəль-лəз̃ии йəджидуунəhу мəктуубəн 'иŋŋдəhум фиит-тəурōōти вəəль`иŋŋджиили йə`муруhумм-би-ль-мə'рууфи вəйəнhəəhум 'əниль-муŋŋкəри вəйуhиллю лəhумут-тōййибəəти вəйуhəрриму 'əлэйhимуль-хōбəə`иc̃ə вəйəдō'у 'əнhум исрōhум вəəль`əґлəəлəль-лəтии кəəнəт 'əлэйhим, фəəльлəз̃иинə əəмəнуу биhи вə'əззəрууhу вəнəсōрууhу вəəттəбə'уун-нуурōль-лəз̃ии уŋŋзилə мə'əhу уулəə`икə hумуль-муфлиhуун

O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!

7:158

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ جَمِيعًا ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ  ۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِىِّ ٱلْأُمِّىِّ ٱلَّذِى يُؤْمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

ќуль йəə əййуhəəн-нəəсу иннии рōсуулюл-лаhи илəйкум джəмии'əнль-лəз̃ии лəhу мулькус-сəмəəвəəти вəəль`əрд, лəə илəəhə ильлəə hувə йуhйии вəйумиит, фə`əəминуу биль-лəhи вəрōсуулиhин-нəбиййиль-уммиййиль-лəз̃ии йу`мину биль-лəhи вəкəлимəəтиhи вəəттəби'ууhу лə'əльлəкум тəhтəдуун

De: «Ey insanlar, həqiqətən, mən Allahın sizin hamınıza (xitab olunan zamanın varlıqlarından tutmuş bəşəriyyətin nəsli kəsilənədək olacaq bütün insanlara) göndərilmiş Peyğəmbəriyəm. O Allahın ki, göylərin və yerin həqiqi sahib və hakimidir (çünki onların yaradılışı, qorunması, idarə olunması və məhvi, bunların hamısı Onun iradəsinə tabedir). Ondan başqa bir məbud yoxdur, dirildir və öldürür (yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi O dirildir və öldürür). Odur ki, Allaha və Onun elçisinə – (Qurandakı və əvvəlki səmavi kitablardakı) kəlamlarına imanı olan bu ümmi Peyğəmbərə iman gətirin və ona tabe olun, bəlkə hidayət olundunuz».

7:159

وَمِن قَوْمِ مُوسَىٰٓ أُمَّةٌ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

вəмиŋŋ-ќōуми муусəə уммəтуй-йəhдуунə би-ль-həќќи вəбиhи йə'дилююн

Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır.

7:160

وَقَطَّعْنَٰهُمُ ٱثْنَتَىْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا  ۚ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسْتَسْقَىٰهُ قَوْمُهُۥٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ  ۖ فَٱنۢبَجَسَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا  ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ  ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ ٱلْغَمَٰمَ وَأَنزَلْنَا عَلَيْهِمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ  ۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ  ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمْ يَظْلِمُونَ

вəќōттō'нəəhуму-c̃нəтəй 'əшрōтə əсбəəтōн умəмə, вə`əуhəйнəə илəə муусəə из̃и-стəсќōōhу ќōумуhу əни-дриб-би'əсōōкəль-həджəр, фəəмм-бəджəсəт минhу-c̃нəтəə 'əшрōтə 'əйнə, ќōд 'əлимə куллю унəəсимм-мəшрōбəhум, вəз̃ōльлəльнəə 'əлэйhимуль-ґōмəəмə вə`əŋŋзəльнəə 'əлэйhимуль-мəннə вəс-сəльвəə, кулюю миŋŋ-тōййибəəти мəə рōзəќнəəкум, вəмəə з̃ōлəмуунəə вəлəəкиŋŋ-кəəнуу əŋŋфусəhум йəз̃лимуун

Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. («Bəqərə» surəsinin 57-ci ayəsinə müraciət edin).