Müqəddəs Quran / Cüz / Cüz 15
Cüz 15
17:87

إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ  ۚ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًا

ильлəə рōhмəтəмм-мир-рōббик, иннə фəдлəhу кəəнə 'əлэйкə кəбиирō

Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.

17:88

قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُواْ بِمِثْلِ هَٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

ќуль-лə`ини-джтəмə'əтиль-иŋŋсу вəəльджинну 'əлəə əй-йə`туу бимиc̃ли həəз̃əəль-ќур`əəни лəə йə`туунə бимиc̃лиhи вəлəу кəəнə бə'дуhум либə'дын з̃ōhиирō

De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır)».

17:89

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًا

вəлəќōд сōррōфнəə лин-нəəси фии həəз̃əəль-ќур`əəни миŋŋ-кулли мəc̃əлин фə`əбəə əкc̃əрун-нəəси ильлəə куфуурō

Həqiqətən, Biz bu Quranda insanlar üçün təkrar və müxtəlif (şəkillərdə) hər məsəldən çəkdik, lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər.

17:90

وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا

вəќōōлюю лəн-ну`минə лəкə həттəə тəфджурō лəнəə минəль-əрды йəмм-буу'ə

Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».

17:91

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ ٱلْأَنْهَٰرَ خِلَٰلَهَا تَفْجِيرًا

əу тəкуунə лəкə джəннəтумм-мин-нəхыылиу-вə'инəбин фəтуфəджджирōль-əнhəəрō хылəəлəhəə тəфджиирō

«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».

17:92

أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ قَبِيلًا

əу тусќитōс-сəмəə`ə кəмəə зə'əмтə 'əлэйнəə кисəфəн əу тə`тийə биль-лəhи вəəльмəлəə`икəти ќōбиилə

«Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».

17:93

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَٰبًا نَّقْرَؤُهُۥ  ۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا

əу йəкуунə лəкə бэйтумм-миŋŋ-зухруфин əу тəрќōō фиис-сəмəə`и вəлəн-ну`минə лируќиййикə həттəə тунəззилə 'əлэйнəə китəəбəн-ннəќрō`уh, ќуль субhəəнə рōббии həль куŋŋту ильлəə бəшəрōр-рōсуулə

«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).

17:94

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓاْ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولًا

вəмəə мəнə'əн-нəəсə əй-йу`минуу из̃ джəə`əhумуль-hудəə ильлəə əŋŋ-ќōōлюю əбə'əc̃əл-лаhу бəшəрōр-рōсуулə

İnsanlara hidayət (Peyğəmbərin və Quranın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)

17:95

قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَٰٓئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًا رَّسُولًا

ќуль-лəу кəəнə фииль-əрды мəлəə`икəтуй-йəмшуунə мутмə`инниинə лəнəззəльнəə 'əлэйhим-минəс-сəмəə`и мəлəкəр-рōсуулə

De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).

17:96

قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ  ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

ќуль кəфəə биль-лəhи шəhиидəмм-бэйнии вəбэйнəкум, иннəhу кəəнə би'ибəəдиhи хōбиирōмм-бəсыырō

(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz, O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir».