فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبًا
фəлəммəə джəəвəзəə ќōōлə лифəтəəhу əəтинəə ґōдəə`əнəə лəќōд лəќиинəə миŋŋ-сəфəринəə həəз̃əə нəсōбə
Elə ki, (o yerdən) keçdilər (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən, bu səfərimizdə çox əziyyət(lər) gördük».
قَالَ أَرَءَيْتَ إِذْ أَوَيْنَآ إِلَى ٱلصَّخْرَةِ فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيْطَٰنُ أَنْ أَذْكُرَهُۥ ۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ عَجَبًا
ќōōлə əрō`əйтə из̃ əвəйнəə илəəс-сōхрōти фə`иннии нəсиитуль-hуутə вəмəə əŋŋсəəнииhу ильлəəш-шэйтōōну əн əз̃курōh, вəəттəхōз̃ə сəбиилəhу фииль-бəhри 'əджəбə
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı)».
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَٱرْتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصًا
ќōōлə з̃əəликə мəə куннəə нəбґ, фəəртəддəə 'əлəə əəc̃əəриhимəə ќōсōсō
Musa dedi: «Bu (balıq məsələsi), bizim axtardığımız həmin şey(in əlaməti)dir». Onlar axtara-axtara gəldikləri yolun izi ilə geriyə qayıtdılar.
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَآ ءَاتَيْنَٰهُ رَحْمَةً مِّنْ عِندِنَا وَعَلَّمْنَٰهُ مِن لَّدُنَّا عِلْمًا
фəвəджəдəə 'əбдəмм-мин 'ибəəдинəə əəтəйнəəhу рōhмəтəмм-мин 'иŋŋдинəə вə'əльлəмнəəhу миль-лəдуннəə 'ильмə
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
قَالَ لَهُۥ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا
ќōōлə лəhу муусəə həль əттəби'укə 'əлəə əŋŋ-ту'əллимəни миммəə 'уллимтə рушдə
Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»
قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا
ќōōлə иннəкə лəŋŋ-тəстəтыы'ə мə'ийə сōбрō
Dedi: «Şübhəsiz, sən mənim yanımda səbr edə bilməyəcəksən.
وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِۦ خُبْرًا
вəкəйфə тəсбиру 'əлəə мəə лəм туhит биhи хубрō
(Axı sən batin və həqiqətini) bilmədiyin (zahiri çirkin və ağıla zidd görünən) bir şeyə necə səbr edə bilərsən?»
قَالَ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ صَابِرًا وَلَآ أَعْصِى لَكَ أَمْرًا
ќōōлə сəтəджидунии иŋŋ-шəə`əл-лаhу сōōбирōу-вəлəə ə'сыы лəкə əмрō
Dedi: «Tezliklə, Allahın istəyi ilə məni(m) səbrli (olduğumu) görəcəksən və heç bir əmrində sənə itaətsizlik etməyəcəyəm».
قَالَ فَإِنِ ٱتَّبَعْتَنِى فَلَا تَسْـَٔلْنِى عَن شَىْءٍ حَتَّىٰٓ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا
ќōōлə фə`ини-ттəбə'тəнии фəлəə тəс`əльнии 'əŋŋ-шэй`ин həттəə уhдиc̃ə лəкə минhу з̃икрō
Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِى ٱلسَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْـًٔا إِمْرًا
фəəŋŋтōлəќōō həттəə из̃əə рōкибəə фиис-сəфиинəти хōрōќōhəə, ќōōлə əхōрōќтəhəə литуґриќō əhлəhəə лəќōд джи`тə шэй`əн имрō
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, gəmiyə mindilər (Xızr balta ilə) onu deşdi. Musa dedi: «Gəmini deşdin ki, onun adamlarını suda qərq edəsən?! Doğrudan da böyük bir faciə törətdin!»
قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا
ќōōлə əлəм əќуль иннəкə лəŋŋ-тəстəтыы'ə мə'ийə сōбрō
Dedi: «Məgər sənə demədim ki, mənim yanımda əsla səbr edə bilməzsən?»
قَالَ لَا تُؤَاخِذْنِى بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِى مِنْ أَمْرِى عُسْرًا
ќōōлə лəə ту`əəхыз̃нии бимəə нəсииту вəлəə турhиќнии мин əмрии 'усрō
Dedi: «Məni unutduğum şeyə (bir şey soruşmamaq barəsində verdiyim vədi unutduğuma) görə məzəmmət etmə və məni işimdə məşəqqət və çətinliyə vadar etmə».
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمًا فَقَتَلَهُۥ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةًۢ بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْـًٔا نُّكْرًا
фəəŋŋтōлəќōō həттəə из̃əə лəќийəə ґулəəмəн фəќōтəлəhу ќōōлə əќōтəльтə нəфсəн зəкиййəтəмм-биґōйри нəфсиль-лəќōд джи`тə шэй`əн-ннукрō
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»