Müqəddəs Quran / Cüz / Cüz 18
Cüz 18
24:11

إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ  ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم  ۖ بَلْ هُوَ خَيْرٌ لَّكُمْ  ۚ لِكُلِّ ٱمْرِئٍ مِّنْهُم مَّا ٱكْتَسَبَ مِنَ ٱلْإِثْمِ  ۚ وَٱلَّذِى تَوَلَّىٰ كِبْرَهُۥ مِنْهُمْ لَهُۥ عَذَابٌ عَظِيمٌ

иннəль-лəз̃иинə джəə`уу би-ль-ифки 'усбəтумм-миŋŋкум, лəə тəhсəбууhу шəррōль-лəкум, бəль hувə хōйруль-лəкум, ликулли-мри`имм-минhум-мəə-ктəсəбə минəль-иc̃м, вəəльлəз̃ии тəвəльлəə кибрōhу минhум лəhу 'əз̃əəбун 'əз̃ыым

Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin (s) zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyirinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münfiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır.

24:12

لَّوْلَآ إِذْ سَمِعْتُمُوهُ ظَنَّ ٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَٰتُ بِأَنفُسِهِمْ خَيْرًا وَقَالُواْ هَٰذَآ إِفْكٌ مُّبِينٌ

лəулəə из̃ сəми'тумууhу з̃ōннəль-му`минуунə вəəльму`минəəту би`əŋŋфусиhим хōйрōу-вəќōōлюю həəз̃əə ифкумм-мубиин

Nə üçün onu eşidəndə (sizdən olan) mömin kişi və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və «bu aşkar bir böhtandır» demədilər?!

24:13

لَّوْلَا جَآءُو عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَآءَ  ۚ فَإِذْ لَمْ يَأْتُواْ بِٱلشُّهَدَآءِ فَأُوْلَٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلْكَٰذِبُونَ

лəулəə джəə`уу 'əлэйhи би`əрбə'əти шуhəдəə, фə`из̃ лəм йə`туу биш-шуhəдəə`и фə`уулəə`икə 'иŋŋдəл-лаhи hумуль-кəəз̃ибуун

Nə üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət və axirət cəzası baxımından yalan hökmündədir.)

24:14

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ لَمَسَّكُمْ فِى مَآ أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ

вəлəулəə фəдлюл-лаhи 'əлэйкум вəрōhмəтуhу фиид-дунйəə вəəль`əəхырōти лəмəссəкум фии мəə əфəдтум фииhи 'əз̃əəбун 'əз̃ыым

Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi.

24:15

إِذْ تَلَقَّوْنَهُۥ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌ وَتَحْسَبُونَهُۥ هَيِّنًا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٌ

из̃ тəлəќќōунəhу би`əльсинəтикум вəтəќуулююнə би`əфвəəhикум-мəə лэйсə лəкумм-биhи 'ильмуу-вəтəhсəбуунəhу həййинəу-вəhувə 'иŋŋдəл-лаhи 'əз̃ыым

O zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi.

24:16

وَلَوْلَآ إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَٰذَا سُبْحَٰنَكَ هَٰذَا بُهْتَٰنٌ عَظِيمٌ

вəлəулəə из̃ сəми'тумууhу ќультум-мəə йəкууну лəнəə əн-нəтəкəльлəмə биhəəз̃əə субhəəнəкə həəз̃əə буhтəəнун 'əз̃ыым

Nə üçün onu eşidən zaman «bunu (bu sözü) dilimizə gətirmək bizə yaraşmaz və caiz deyil; paksan Sən (ey Allah), bu, böyük bir böhtandır» demədiniz?!

24:17

يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُواْ لِمِثْلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ

йə'из̃укумул-лаhу əŋŋ-тə'уудуу лимиc̃лиhи əбəдəн иŋŋ-куŋŋтум-му`миниин

Allah sizə nəsihət verir ki, əgər imanınız varsa (bir də) heç vaxt belə şey etməyəsiniz.

24:18

وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ  ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

вəйубəййинул-лаhу лəкумуль-əəйəəт, вəл-лаhу 'əлиимун həкиим

Və Allah sizə ayələri (hökmləri, əmr və qadağaları) bəyan edir. Allah bilən və hikmət sahibidir.

24:19

إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلْفَٰحِشَةُ فِى ٱلَّذِينَ ءَامَنُواْ لَهُمْ عَذَابٌ أَلِيمٌ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ  ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

иннəль-лəз̃иинə йуhиббуунə əŋŋ-тəшии'əль-фəəhишəту фииль-лəз̃иинə əəмəнуу лəhум 'əз̃əəбун əлиимун фиид-дунйəə вəəль`əəхырōh, вəл-лаhу йə'лəму вə`əŋŋтум лəə тə'лəмуун

Həqiqətən, iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz.

24:20

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٌ رَّحِيمٌ

вəлəулəə фəдлюл-лаhи 'əлэйкум вəрōhмəтуhу вə`əннəл-лаhə рō`ууфур-рōhиим

Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah şəfqətli və mehriban olmasaydı (bu günahın cəzası sizi haqlayardı).