۞ مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
мəə нəŋŋсəх мин əəйəтин əу нуŋŋсиhəə нə`ти бихōйримм-минhəə əу миc̃лиhəə, əлəм тə'лəм əннəл-лаhə 'əлəə кулли шэй`ин ќōдиир
Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Quran ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ
əлəм тə'лəм əннəл-лаhə лəhу мулькус-сəмəəвəəти вəəль`əрд, вəмəə лəкум-миŋŋ-дууниль-лəhи миу-вəлиййиу-вəлəə нəсыыр
Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və hökuməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!
أَمْ تُرِيدُونَ أَن تَسْـَٔلُواْ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبْلُ ۗ وَمَن يَتَبَدَّلِ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
əм туриидуунə əŋŋ-тəс`əлюю рōсуулəкум кəмəə су`илə муусəə миŋŋ-ќōбль, вəмəй-йəтəбəддəлиль-куфрō би-ль-иимəəни фəќōд дōльлə сəвəə`əс-сəбииль
Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يَرُدُّونَكُم مِّنۢ بَعْدِ إِيمَٰنِكُمْ كُفَّارًا حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْحَقُّ ۖ فَٱعْفُواْ وَٱصْفَحُواْ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
вəддə кəc̃иирумм-мин əhлиль-китəəби лəу йəруддуунəкум-мимм-бə'ди иимəəникум куффəəрōн həсəдəмм-мин 'иŋŋди əŋŋфусиhим-мимм-бə'ди мəə тəбэййəнə лəhумуль-həќќ, фəə'фуу вəəсфəhуу həттəə йə`тийəл-лаhу би`əмриh, иннəл-лаhə 'əлəə кулли шэй`ин ќōдиир
Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir.
وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ ۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
вə`əќиимуус-сōлəəтə вə`əəтууз-зəкəəh, вəмəə туќōддимуу ли`əŋŋфусикум-мин хōйрин тəджидууhу 'иŋŋдəл-лаh, иннəл-лаhə бимəə тə'мəлююнə бəсыыр
Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.
وَقَالُواْ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَٰرَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُواْ بُرْهَٰنَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ
вəќōōлюю лэй-йəдхулəль-джəннəтə ильлəə мəŋŋ-кəəнə hуудəн əу нəсōōрōō, тилькə əмəəниййуhум, ќуль həəтуу бурhəəнəкум иŋŋ-куŋŋтум сōōдиќиин
Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır». Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin».
بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُۥٓ أَجْرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
бəлəə мəн əслəмə вəджhəhу лильлəhи вəhувə муhсинун фəлəhу əджруhу 'иŋŋдə рōббиhи вəлəə хōуфун 'əлэйhим вəлəə hум йəhзəнуун
Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.