وَٱتَّبَعُواْ مَا تَتْلُواْ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَٰنَ ۖ وَمَا كَفَرَ سُلَيْمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُواْ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحْرَ وَمَآ أُنزِلَ عَلَى ٱلْمَلَكَيْنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيْنَ ٱلْمَرْءِ وَزَوْجِهِۦ ۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُواْ لَمَنِ ٱشْتَرَىٰهُ مَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَٰقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِۦٓ أَنفُسَهُمْ ۚ لَوْ كَانُواْ يَعْلَمُونَ
вəəттəбə'уу мəə тəтлююш-шəйəəтыыну 'əлəə мульки сулəймəəн, вəмəə кəфəрō сулəймəəну вəлəəкиннəш-шəйəəтыынə кəфəруу йу'əллимуунəн-нəəсəс-сиhрō вəмəə уŋŋзилə 'əлəəль-мəлəкəйни бибəəбилə həəруутə вəмəəруут, вəмəə йу'əллимəəни мин əhəдин həттəə йəќуулəə иннəмəə нəhну фитнəтун фəлəə тəкфур, фəйəтə'əльлəмуунə минhумəə мəə йуфəрриќуунə биhи бэйнəль-мəр`и вəзəуджиh, вəмəə hумм-бидōōрриинə биhи мин əhəдин ильлəə би`из̃ниль-лəh, вəйəтə'əльлəмуунə мəə йəдурруhум вəлəə йəŋŋфə'уhум, вəлəќōд 'əлимуу лəмəни-штəрōōhу мəə лəhу фииль-əəхырōти мин хōлəəќ, вəлəби`сə мəə шəрōу биhи əŋŋфусəhум, лəу кəəнуу йə'лəмуун
(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə – Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
وَلَوْ أَنَّهُمْ ءَامَنُواْ وَٱتَّقَوْاْ لَمَثُوبَةٌ مِّنْ عِندِ ٱللَّهِ خَيْرٌ ۖ لَّوْ كَانُواْ يَعْلَمُونَ
вəлəу əннəhум əəмəнуу вəəттəќōу лəмəc̃уубəтумм-мин 'иŋŋдиль-лəhи хōйр, лəу кəəнуу йə'лəмуун
Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقُولُواْ رَٰعِنَا وَقُولُواْ ٱنظُرْنَا وَٱسْمَعُواْ ۗ وَلِلْكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ
йəə əййуhəəль-лəз̃иинə əəмəнуу лəə тəќуулюю рōō'инəə вəќуулюю-ŋŋз̃урнəə вəəсмə'уу, вəли-ль-кəəфириинə 'əз̃əəбун əлиим
Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَلَا ٱلْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ ۗ وَٱللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ
мəə йəвəддуль-лəз̃иинə кəфəруу мин əhлиль-китəəби вəлəəль-мушрикиинə əй-йунəззəлə 'əлэйкум-мин хōйримм-мир-рōббикум, вəл-лаhу йəхтəссу бирōhмəтиhи мəй-йəшəə, вəл-лаhу з̃ууль-фəдлиль-'əз̃ыым
Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.