Müqəddəs Quran / Cüz / Cüz 25
Cüz 25
43:74

إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ

иннəль-муджримиинə фии 'əз̃əəби джəhəннəмə хōōлидуун

Həqiqətən, günahkarlar cəhənnəm əzabında əbədidirlər.

43:75

لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ

лəə йуфəттəру 'əнhум вəhум фииhи мублисуун

Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.

43:76

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّٰلِمِينَ

вəмəə з̃ōлəмнəəhум вəлəəкиŋŋ-кəəнуу hумуз̃-з̃ōōлимиин

Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər.

43:77

وَنَادَوْاْ يَٰمَٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ  ۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ

вəнəəдəу йəə мəəлику лийəќды 'əлэйнəə рōббук, ќōōлə иннəкум-мəəкиc̃уун

Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin». O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız».

43:78

لَقَدْ جِئْنَٰكُم بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَٰرِهُونَ

лəќōд джи`нəəкумм-би-ль-həќќи вəлəəкиннə əкc̃əрōкум ли-ль-həќќи кəəриhуун

Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.

43:79

أَمْ أَبْرَمُوٓاْ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ

əм əбрōмуу əмрōн фə`иннəə мубримуун

Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.

43:80

أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم  ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ

əм йəhсəбуунə əннəə лəə нəсмə'у сиррōhум вəнəджвəəhум, бəлəə вəрусулюнəə лəдəйhим йəктубуун

Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.

43:81

قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ ٱلْعَٰبِدِينَ

ќуль иŋŋ-кəəнə лир-рōhмəəни вəлəдун фə`əнəə əувəлюль-'əəбидиин

De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım».

43:82

سُبْحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ

субhəəнə рōббис-сəмəəвəəти вəəль`əрды рōббиль-'əрши 'əммəə йəсыфуун

Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!

43:83

فَذَرْهُمْ يَخُوضُواْ وَيَلْعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ

фəз̃əрhум йəхуудуу вəйəль'əбуу həттəə йулəəќуу йəумəhумуль-лəз̃ии йуу'əдуун

Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.

43:84

وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَٰهٌ وَفِى ٱلْأَرْضِ إِلَٰهٌ  ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ

вəhувəль-лəз̃ии фиис-сəмəə`и илəəhуу-вəфииль-əрды илəəh, вəhувəль-həкиимуль-'əлиим

Göylərdə də, yerdə də məbud Odur. Odur möhkəm yaradılış və idarə sahibi və (hər şeyi) bilən.

43:85

وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ

вəтəбəəрōкəль-лəз̃ии лəhу мулькус-сəмəəвəəти вəəль`əрды вəмəə бэйнəhумəə вə'иŋŋдəhу 'ильмус-сəə'əти вə`илəйhи турджə'уун

Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.

43:86

وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ

вəлəə йəмликуль-лəз̃иинə йəд'уунə миŋŋ-дууниhиш-шəфəə'əтə ильлəə мəŋŋ-шəhидə би-ль-həќќи вəhум йə'лəмуун

Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.

43:87

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ  ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

вəлə`иŋŋ-сə`əльтəhум-мəн хōлəќōhум лəйəќуулюннəл-лаh, фə`əннəə йу`фəкуун

Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?

43:88

وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ

вəќиилиhи йəə рōбби иннə həə`улəə`и ќōумуль-лəə йу`минуун

(Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən, bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).

43:89

فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَٰمٌ  ۚ فَسَوْفَ يَعْلَمُونَ

фəəсфəh 'əнhум вəќуль сəлəəм, фəсəуфə йə'лəмуун

(Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər».