Müqəddəs Quran / Cüz / Cüz 5
Cüz 5
4:128

وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا  ۚ وَٱلصُّلْحُ خَيْرٌ  ۗ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ  ۚ وَإِن تُحْسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

вə`ини-мрō`əтун хōōфəт мимм-бə'лиhəə нушуузəн əу и'рōōдōн фəлəə джунəəhə 'əлэйhимəə əй-йуслиhəə бэйнəhумəə сульhə, вəс-сульhу хōйр, вə`уhдырōтиль-əŋŋфусуш-шуhh, вə`иŋŋ-туhсинуу вəтəттəќуу фə`иннəл-лаhə кəəнə бимəə тə'мəлююнə хōбиирō

Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.

4:129

وَلَن تَسْتَطِيعُوٓاْ أَن تَعْدِلُواْ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ  ۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ  ۚ وَإِن تُصْلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

вəлəŋŋ-тəстəтыы'уу əŋŋ-тə'дилюю бэйнəн-нисəə`и вəлəу həрōстум, фəлəə тəмиилюю кульлəль-мəйли фəтəз̃əрууhəə кəəльму'əльлəќōh, вə`иŋŋ-туслиhуу вəтəттəќуу фə`иннəл-лаhə кəəнə ґōфуурōр-рōhиимə

Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah həmişə bağışlayan və mehribandır.

4:130

وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّا مِّن سَعَتِهِۦ  ۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًا

вə`ий-йəтəфəррōќōō йуґниль-лəhу кульлəмм-миŋŋ-сə'əтиh, вəкəəнəл-лаhу вəəси'əн həкиимə

Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.

4:131

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ  ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُواْ ٱللَّهَ  ۚ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ  ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًا

вəлильлəhи мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вəлəќōд вəссōйнəəль-лəз̃иинə уутууль-китəəбə миŋŋ-ќōбликум вə`иййəəкум əни-ттəќуул-лаh, вə`иŋŋ-тəкфуруу фə`иннə лильлəhи мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вəкəəнəл-лаhу ґōниййəн həмиидə

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən, Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində) təriflənəndir.

4:132

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ  ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

вəлильлəhи мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вəкəфəə биль-лəhи вəкиилə

Həm göylərdə və həm də yerdə nə varsa (onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq üçün Allah bəs edər.

4:133

إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا ٱلنَّاسُ وَيَأْتِ بِـَٔاخَرِينَ  ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًا

ий-йəшə йуз̃hибкум əййуhəəн-нəəсу вəйə`ти би`əəхōриин, вəкəəнəл-лаhу 'əлəə з̃əəликə ќōдиирō

Ey insanlar! Əgər istəsə sizin hamınızı aradan aparar və başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir.

4:134

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ  ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًا

мəŋŋ-кəəнə йурииду c̃əвəəбəд-дунйəə фə'иŋŋдəл-лаhи c̃əвəəбуд-дунйəə вəəль`əəхырōh, вəкəəнəл-лаhу сəмии'əмм-бəсыырō

Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir.