ٱرْجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُواْ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ
ирджи'уу илəə əбиикум фəќуулюю йəə əбəəнəə иннə-бнəкə сəрōќō вəмəə шəhиднəə ильлəə бимəə 'əлимнəə вəмəə куннəə ли-ль-ґōйби həəфиз̃ыын
«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən, oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».
وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَٰدِقُونَ
вəəс`əлиль-ќōрйəтəль-лəтии куннəə фииhəə вəəль'иирōль-лəтии əќбəльнəə фииhəə, вə`иннəə лəсōōдиќуун
«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən, biz doğruçuyuq».
قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
ќōōлə бəль сəувəлəт лəкум əŋŋфусукум əмрō, фəсōбрун джəмииль, 'əсəл-лаhу əй-йə`тийəнии биhим джəмии'ə, иннəhу hувəль-'əлиимуль-həкиим
(Yəqub) dedi: «Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən, (hər şeyi) bilən və hikmət sahibi Odur!»
وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌ
вəтəвəльлəə 'əнhум вəќōōлə йəə əсəфəə 'əлəə йуусуфə вəəбйəддōт 'əйнəəhу минəль-hузни фəhувə кəз̃ыым
Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.
قَالُواْ تَٱللَّهِ تَفْتَؤُاْ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَٰلِكِينَ
ќōōлюю тəл-лаhи тəфтə`у тəз̃куру йуусуфə həттəə тəкуунə həрōдōн əу тəкуунə минəль-həəликиин
(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan».
قَالَ إِنَّمَآ أَشْكُواْ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ
ќōōлə иннəмəə əшкуу бəc̃c̃ии вəhузнии илəл-лаhи вə`ə'лəму минəл-лаhи мəə лəə тə'лəмуун
Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm».
يَٰبَنِىَّ ٱذْهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيْـَٔسُواْ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَاْيْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَٰفِرُونَ
йəə бəниййə-з̃həбуу фəтəhəссəсуу мий-йуусуфə вə`əхыыhи вəлəə тəй`əсуу мир-рōуhиль-лəh, иннəhу лəə йəй`əсу мир-рōуhиль-лəhи ильлəəль-ќōумуль-кəəфируун
«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».
فَلَمَّا دَخَلُواْ عَلَيْهِ قَالُواْ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَٰعَةٍ مُّزْجَىٰةٍ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ ۖ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ
фəлəммəə дəхōлюю 'əлэйhи ќōōлюю йəə əййуhəəль-'əзиизу мəссəнəə вə`əhлəнəəд-дурру вəджи`нəə бибидōō'əтимм-музджəəтин фə`əуфи лəнəəль-кəйлə вəтəсōддəќ 'əлэйнəə, иннəл-лаhə йəджзииль-мутəсōддиќиин
Beləliklə, (növbəti dəfə ərzaq almaq və qardaşlarını xilas etmək məqsədilə Misirə gedib) onun (Yusufun) hüzuruna daxil olanda dedilər: «Ey Əziz, bizə və ailəmizə çətinlik və sıxıntı üz verib və biz azacıq bir sərmayə gətirmişik. Buna görə də bizə kamil ölçü (ilə ərzaq) ver və bizə sədəqə ver ki, həqiqətən, Allah sədəqə verənləri mükafatlandırır».
قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَٰهِلُونَ
ќōōлə həль 'əлимтум-мəə фə'əльтумм-бийуусуфə вə`əхыыhи из̃ əŋŋтум джəəhилююн
Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»
قَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِى ۖ قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ ۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
ќōōлюю ə`иннəкə лə`əŋŋтə йуусуф, ќōōлə əнəə йуусуфу вəhəəз̃əə əхый, ќōд мəннəл-лаhу 'əлэйнəə, иннəhу мəй-йəттəќи вəйəсбир фə`иннəл-лаhə лəə йудыы'у əджрōль-муhсиниин
Dedilər: «Yoxsa doğrudan sən özün Yusifsən?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən, Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən, Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».