Müqəddəs Quran / Surələr / 25. Furqan
Furqan (Haqqı batildən ayıran)
25:11

بَلْ كَذَّبُواْ بِٱلسَّاعَةِ  ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا

бəль кəз̃з̃əбуу бис-сəə'əh, вə`ə'тəднəə лимəŋŋ-кəз̃з̃əбə бис-сəə'əти сə'иирō

(Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.

25:12

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍ سَمِعُواْ لَهَا تَغَيُّظًا وَزَفِيرًا

из̃əə рō`əтhум-мимм-мəкəəнимм-бə'иидин сəми'уу лəhəə тəґōййуз̃ōу-вəзəфиирō

(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.

25:13

وَإِذَآ أُلْقُواْ مِنْهَا مَكَانًا ضَيِّقًا مُّقَرَّنِينَ دَعَوْاْ هُنَالِكَ ثُبُورًا

вə`из̃əə ульќуу минhəə мəкəəнəн дōййиќōмм-муќōррōниинə дə'əу hунəəликə c̃убуурō

Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.

25:14

لَّا تَدْعُواْ ٱلْيَوْمَ ثُبُورًا وَٰحِدًا وَٱدْعُواْ ثُبُورًا كَثِيرًا

лəə тəд'ууль-йəумə c̃убуурōу-вəəhидəу-вəəд'уу c̃убуурōн кəc̃иирō

(Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)

25:15

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ ٱلْخُلْدِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ  ۚ كَانَتْ لَهُمْ جَزَآءً وَمَصِيرًا

ќуль əз̃əəликə хōйрун əм джəннəтуль-хульдиль-лəтии ву'идəль-муттəќуун, кəəнəт лəhум джəзəə`əу-вəмəсыырō

De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»

25:16

لَّهُمْ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَ  ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَّسْـُٔولًا

лəhум фииhəə мəə йəшəə`уунə хōōлидиин, кəəнə 'əлəə рōббикə вə'дəмм-мəс`уулə

Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.

25:17

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّواْ ٱلسَّبِيلَ

вəйəумə йəhшуруhум вəмəə йə'будуунə миŋŋ-дууниль-лəhи фəйəќуулю ə`əŋŋтум əдлəльтум 'ибəəдии həə`улəə`и əм hум дōллююс-сəбииль

Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»

25:18

قَالُواْ سُبْحَٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُواْ ٱلذِّكْرَ وَكَانُواْ قَوْمًۢا بُورًا

ќōōлюю субhəəнəкə мəə кəəнə йəмм-бəґии лəнəə əн-нəттəхыз̃ə миŋŋ-дууникə мин əулийəə`ə вəлəəкимм-мəттə'тəhум вə`əəбəə`əhум həттəə нəсууз̃-з̃икрō вəкəəнуу ќōумəмм-буурō

Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular».

25:19

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا  ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا

фəќōд кəз̃з̃əбуукумм-бимəə тəќуулююнə фəмəə тəстəтыы'уунə сōрфəу-вəлəə нəсрō, вəмəй-йəз̃лим-миŋŋкум нуз̃иќhу 'əз̃əəбəн кəбиирō

(İbadət edənlərə deyilər:) Həqiqətən, (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.

25:20

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ  ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ  ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا

вəмəə əрсəльнəə ќōблəкə минəль-мурсəлиинə ильлəə иннəhум лəйə`кулююнəт-тō'əəмə вəйəмшуунə фииль-əсвəəќ, вəджə'əльнəə бə'дōкум либə'дын фитнəтəн əтəсбируун, вəкəəнə рōббукə бəсыырō

Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.