Müqəddəs Quran / Surələr / 26. Şuəra
Şuəra (Şairlər)
26:121

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً  ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

иннə фии з̃əəликə лə`əəйəh, вəмəə кəəнə əкc̃əруhум-му`миниин

Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.

26:122

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

вə`иннə рōббəкə лəhувəль-'əзиизур-рōhиим

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.

26:123

كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ

кəз̃з̃əбəт 'əəдунль-мурсəлиин

Ad qövmü də (Hud qövmü) Allahın peyğəmbərlərini təkzib etdi.

26:124

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ

из̃ ќōōлə лəhум əхууhум hуудун əлəə тəттəќуун

O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»

26:125

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ

иннии лəкум рōсуулюн əмиин

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».

26:126

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

фəəттəќуул-лаhə вə`əтыы'уун

«Belə isə, Allahdan qorxun və mənə itaət edin».

26:127

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ  ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ

вəмəə əс`əлюкум 'əлэйhи мин əджр, ин əджрийə ильлəə 'əлəə рōббиль-'əəлəмиин

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».

26:128

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةً تَعْبَثُونَ

əтəбнуунə бикулли рии'ин əəйəтəн тə'бəc̃уун

«(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»

26:129

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ

вəтəттəхыз̃уунə мəсōōни'ə лə'əльлəкум тəхлюдуун

«Cah-cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!»

26:130

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ

вə`из̃əə бəтōштумм-бəтōштум джəббəəриин

«Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz».